Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın baş nazirinin müavini Dilrabo Mansuri ilə bir araya gəlib.
Elpress.az xəbər verir ki, görüş oktyabrın 21-də Səmərqənd şəhərində yerləşən “Əbədi səhər” kompleksi ilə tanışlıq zamanı baş tutub.
Tərəflər səmimi söhbət edib və xatirə fotoları çəkdiriblər.





