--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Siyasi şərhçi: Azərbaycanın 30 illik təcrübəsi beynəlxalq hüquqla bağlı mühüm nəticələr ortaya qoyub

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:36 1086 baxış

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və digər nümayəndələrdən ibarət heyəti qəbul edərkən səsləndirdiyi fikirlərdə Azərbaycanın uzun illər üzləşdiyi problemlərə və beynəlxalq münasibətlərdəki təcrübəsinə xüsusi diqqət ayrılıb.

Siyasi şərhçi Ülviyyə Zülfiqar “Report”a açıqlamasında bildirib ki, Azərbaycanın təxminən 30 il ərzində üzləşdiyi əsas problemlərdən biri beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş qərarların icrasının təmin olunmaması olub.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə bağlı dörd qətnaməsi olsa da, həmin sənədlərin icrasını təmin edən real mexanizmlər tətbiq edilməyib.
Ü.Zülfiqar qeyd edib ki, Azərbaycan uzun illər beynəlxalq təşkilatlardan işğala aydın siyasi qiymət verilməsini və işğalçının konkret şəkildə göstərilməsini tələb edib.
Siyasi şərhçi Azərbaycanın 2023-cü ilin sentyabrında ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra da beynəlxalq təşkilatlarla münasibətlərdə müxtəlif yanaşmaların müşahidə edildiyini bildirib. Onun fikrincə, bu təcrübə beynəlxalq hüquqi qərarların mövcudluğunun onların avtomatik icrasına zəmanət vermədiyini göstərib.
“30 il ərzində qəbul edilmiş sənədlərlə real vəziyyət arasında böyük məsafə qaldı və nəticədə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz siyasi iradəsi və gücü hesabına bərpa etdi”, – deyə Ü.Zülfiqar vurğulayıb.
O əlavə edib ki, məhz bu təcrübə fonunda Türk dünyası, Qafqaz və İslam aləmi arasında əməkdaşlıq və həmrəylik məsələləri xüsusi əhəmiyyət kəsb edir.
Ü.Zülfiqarın fikrincə, dövlətlər ortaq maraqlar ətrafında əməkdaşlıq etdikdə onların siyasi çəkisi və hüquqlarını müdafiə etmək imkanları artır. O, Azərbaycanın təcrübəsinin beynəlxalq münasibətlərdə hüquqi sənədlərlə yanaşı, siyasi iradə və həmrəyliyin də əhəmiyyətini göstərdiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaradağda yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başladı

Next Article

Aİ Kanadaya assosiativ üzvlük təklif edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Qırğızıstana səfərə gedib

Aysel Əlibəyli 30 İyul 2026 · 16:42 1126 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasında dövlət səfərindədir Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə yollanıb.Dövlət başçısının olduğu […]

Baş prokuror Kəlbəcərdə qəbul keçirdi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:12 1104 baxış Kamran Əliyev Kəlbəcərdən olan vətəndaşların müraciətlərini dinləyib Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev iyulun 21-də Kəlbəcər rayonundan olan vətəndaşları qəbul edib. Qəbul zamanı 17 […]

Seçicilərə təsir göstərən partiya nümayəndəsi saxlanıldı

Aysel Əlibəyli 07 İyun 2026 · 20:51 1206 baxış Ermənistanda keçirilən seçkilərlə bağlı qanun pozuntusu faktı üzrə araşdırma aparılır. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məlumata görə, Güclü Ermənistan partiyasının səlahiyyətli nümayəndəsi A.H.-nin bir qrup […]

Avropa İttifaqından Azərbaycana strateji tərəfdaşlıq mesajı

Aysel Əlibəyli 02 İyul 2026 · 08:13 1114 baxış Elpress.az Azərtac-a istinadən xəbər verir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunu Milli Məclisin deputatı Nurlan Həsənov AZƏRTAC-a […]