--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan və “John Deere” əməkdaşlığı müzakirə olunub

Aysel Əlibəyli 16 İyul 2026 · 13:31 1106 baxış

İlham Əliyev “John Deere” şirkəti ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leyko və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, görüş zamanı dövlət başçısı ilə Çaba Leyko arasında ötən il Bakıda keçirilmiş görüş məmnunluqla xatırlanıb. Qonaqlar Azərbaycanda müşahidə etdikləri inkişafın onlarda xoş təəssürat yaratdığını vurğulayıblar.Çaba Leyko rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini qeyd edərək, ölkə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.Görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğu, bu istiqamətdə müasir texnologiyaların tətbiq edildiyi və dövlət səviyyəsində həyata keçirilən islahatların əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramının bu sahənin daha da inkişafına töhfə verəcəyi qeyd edilib.Tərəflər Azərbaycan ilə “John Deere” arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda isti hava güclənir

Next Article

Yunis Qurbanov: Strateji tərəfdaşlıq yeni mərhələyə keçib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məlum olub ki, yeni direktor icra başçısının qardaşıdır.

Aysel Əlibəyli 26 May 2026 · 20:06 1148 baxış Daha əvvəl məlumat verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən imzalanan əmrə əsasən, Sabunçu Tibb Mərkəzi-nin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin olunub. Elpress.az-ın […]

ABŞ-yə səfər planı açıqlandı

Aysel Əlibəyli 18 İyun 2026 · 00:59 1160 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Livan rəhbərliyinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. “Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəhbəri Livan prezidenti və […]

İlham Əliyev Ukraynanın sabiq prezidenti ilə görüşüb

Aysel Əlibəyli 17 Avqust 2026 · 13:46 1064 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. Görüş zamanı tərəflər 20 ildən artıq davam edən […]