--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Aysel Əlibəyli 30 İyun 2026 · 21:39 1160 baxış

Elpress.az xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovin Azərbaycana son dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana hədiyyə edilən “Dostlug” neft tankeri ilk səfərini uğurla başa vuraraq Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatıb.

Türkmənistan mətbuatında dərc olunan məqalədə bildirilir ki, Bakı Gəmiqayırma Zavodunda inşa edilən müasir tanker limanda təntənəli mərasimlə qarşılanıb. Qarşılama mərasimində şəhər rəhbərliyinin nümayəndələri, ağsaqqallar, liman əməkdaşları, dənizçilik ixtisası üzrə təhsil alan gənclər və çoxsaylı sakinlər iştirak ediblər.

Mərasim çərçivəsində mədəniyyət və incəsənət xadimlərinin çıxışları təqdim olunub, “Dostlug” tankerinin Azərbaycan və Türkmənistan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin növbəti rəmzi olduğu vurğulanıb.

Qeyd olunub ki, yeni gəmi Türkmənistanın dəniz ticarət donanmasının imkanlarını daha da genişləndirəcək. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker 8 min ton yükdaşıma qabiliyyətinə malikdir və Xəzər dənizi vasitəsilə karbohidrogen daşımalarının həcminin artırılmasına xidmət edəcək.

Məqalədə vurğulanır ki, tanker müasir gəmiçilik və təhlükəsizlik standartlarına uyğun inşa olunub, onun hərəkətinə və naviqasiya sisteminə qabaqcıl texnologiyalar vasitəsilə nəzarət edilir.

Mərasim iştirakçıları “Dostlug” tankerinin iki qardaş xalqın rifahına, iqtisadi-ticari əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə edərək, gəmiyə Xəzərin sularında uğurlu səfərlər arzulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hövsanda yeni ödənişsiz ictimai çimərlik istifadəyə verildi

Next Article

İyulda qeyri-adi hava

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TDT dini liderlərinin Bakı görüşündə bəyannamə qəbul edilib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 13:00 1062 baxış Bakı Bəyannaməsində terrorizm, ekstremizm və dini ayrı-seçkiliyə qarşı birgə mübarizəyə çağırış edilib Elpress.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşündə Bakı […]

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Aysel Əlibəyli 07 İyun 2026 · 12:42 1162 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hazırda Avropa İttifaqına üzvlük üçün müraciət etmədiyini və buna hazır olmadığını bildirib. Parlament seçkilərində səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran hökumət […]

Media və Yayım Şurasına yeni sədr və üzvlər təyin edildi

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 14:30 1042 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Media və Yayım Şurasının sədr və üzvlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Media […]

Prezident: Təhlükəsizlik təhdidləri regionumuz üçün realdır

Aysel Əlibəyli 13 İyul 2026 · 11:52 1080 baxış Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın əsas prioritetləri sırasında təhlükəsizlik, enerji, rəqəmsal inkişaf və Qarabağın bərpası xüsusi yer tutur. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev […]