--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev: “Azərbaycan Ermənistanla ticarətə də başlamışdır”

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 12:17 1016 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla münasibətlərdə yeni mərhələyə keçidin vacibliyindən danışıb.

Elpress.az xəbər verir ki, dövlət başçısı Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin də başladığını bildirib.

İlham Əliyev bunun hər bir ölkə üçün əhəmiyyətli olduğunu qeyd edib və Azərbaycan xalqının keçmişdə yaşadığı faciələrin unudulmamasının vacibliyini vurğulayıb.

Prezident çıxışında Azərbaycan cəmiyyətində Ermənistanla bağlı tarixi yaddaşın mühüm yer tutduğunu qeyd edərək, keçmişdə yaşanan hadisələrdən nəticə çıxarılmasının və ayıq-sayıq olmağın vacibliyini bildirib.

Dövlət başçısı Azərbaycanın hər zaman güclü olması və təhlükəsizliyini təmin edə biləcək imkanlarını qorumasının əsas amillərdən biri olduğunu deyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan bundan sonra da güclü olmalı və baş verənləri heç vaxt unutmamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Laçında beynəlxalq film festivalı başladı

Aysel Əlibəyli 24 Avqust 2026 · 16:34 1054 baxış Laçın şəhərində Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) açılışı olub. Elpress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin məlumatına əsasən, “Where Film Meets LIFE” şüarı […]

Prezidentin İnvestisiya Forumunda iştirakından video yayımlanıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:27 1052 baxış İlham Əliyevin forumdakı iştirakına dair görüntülər paylaşılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakını əks etdirən videoçarx sosial media hesablarında […]