--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İyulda qeyri-adi hava

Aysel Əlibəyli 01 İyul 2026 · 12:07 1086 baxış

Yay ayının ilk günündə hava dəyişdi: Azərbaycanın əksər bölgələrində leysan, dağlarda qar müşahidə olundu

İyulun ilk günündə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunub. Ölkə ərazisinin əksər hissəsində şimşək çaxıb, yağış yağıb, bəzi bölgələrdə isə yağıntılar leysan xarakterli və intensiv olub.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 1-i saat 11:00-a olan faktiki hava şəraitinə əsasən, bəzi ərazilərdə güclü yağış qeydə alınıb. Həmçinin Şahdağın 3500 metrdən yüksək ərazilərinə qar yağması müşahidə edilib.Ən çox yağıntı Şəki rayonunda qeydə alınıb. Burada 46 millimetr yağıntı düşüb ki, bu da aylıq normanın 76 faizinə bərabərdir. Oğuzda 36, Göyçayda 20, Ağdamda 16, Qəbələdə 15, Qaxın Sarıbaş kəndində 13 millimetr yağış qeydə alınıb.Yağıntılı hava şəraiti digər bölgələrdə də müşahidə olunub. Mingəçevir, Yevlax, Xızı, Zaqatala, Kürdəmir, Gədəbəy, Goranboy, Şamaxı və digər ərazilərdə müxtəlif intensivlikdə yağış yağıb.Bakıda və Abşeron yarımadasında da qısamüddətli yağıntılar qeydə alınıb. Paytaxtda və bir sıra rayonlarda yağıntının miqdarı 1-2 millimetr təşkil edib.İyul ayının başlamasına baxmayaraq dağlıq ərazilərdə qarın müşahidə olunması hava şəraitindəki kəskin dəyişkənliyi göstərir. Meteoroloji vəziyyətlə bağlı məlumatların izlənilməsi tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Next Article

bölgələrdə 20%-dək endirim

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu il 116 mindən çox şagird məzun olur

Aysel Əlibəyli 11 İyun 2026 · 18:17 1122 baxış Bu il ölkə üzrə 116 min 550 şagird məzun olur Bu il ölkə üzrə 116 min 550 şagird məzun adını qazanır 🎓 Onların 55 min 954-ü […]

“Bud-çanaq protezlərində yeni texnoloji mərhələ”

Aysel Əlibəyli 21 May 2026 · 22:59 1116 baxış Yeni texnologiyalar və süni intellekt dəstəyi ilə hazırlanan materiallar bud-çanaq protezləri sahəsində mühüm dönüş yaradaraq daha dayanıqlı, güclü və effektiv tibbi həllər vəd edir. Elpress.az-ın məlumatına […]

Anormal isti hava xəbərdarlığı

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:36 1058 baxış Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq: Avqustun 9-da Bakıda, Aranda və Naxçıvanda 41 dərəcəyədək isti gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 9-da havanın […]