Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Media və Yayım Şurasının sədr və üzvlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib.
Şuranın üzvləri isə aşağıdakı şəxslər olub:
Məhəmməd İzzət oğlu Abdullayev
Aynur Əliövsət qızı Bəşirli
Rəqsanə Tofiq qızı Kərimova
Fərhad Rauf oğlu Məmmədov
İlkin İlqar oğlu Nadirov
Fazil Hacverdi oğlu Novruzov
Sərəncamla yeni tərkib üzrə Media və Yayım Şurasının fəaliyyəti rəsmiləşdirilib.
Media və Yayım Şurasına yeni sədr və üzvlər təyin edildi


