--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

TƏBİB-də şöbə müdiri vəzifəsindən ayrıldı

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 20:58 1012 baxış

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) rəhbər vəzifələrdən birində dəyişiklik baş verib.

Elpress.az xəbər verir ki, TƏBİB-in İnzibati idarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Aysel Bayramova öz ərizəsi əsasında vəzifəsindən azad olunub.

A.Bayramova bundan sonra fəaliyyətini “Aqualink” şirkətində davam etdirəcək. Müvafiq əmrlə o, şirkətin Satınalma, təchizat və tenderlər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Aysel Bayramova 2022–2024-cü illərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baş məsləhətçi, 2024–2026-cı illərdə isə TƏBİB-də şöbə müdiri vəzifəsində çalışıb.

“Aqualink” 2010-cu ildən fəaliyyət göstərən Azərbaycan şirkətidir. Şirkətin 50-dən çox beynəlxalq su mühəndisliyi və kimya şirkəti ilə əməkdaşlıq etdiyi, indiyədək 200-ə yaxın iri layihədə iştirak etdiyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdamda 15 yaşlı qız ailəsindən xəbərsiz evdən getdi

Next Article

Şanlıurfada Azərbaycan Bulvarı açıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan hərbçilərinə 4 aylıq ingilis dili təlimi

Aysel Əlibəyli 25 Avqust 2026 · 18:52 1056 baxış Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində hərbi qulluqçular üçün ingilis dili kursuna start verilib. Elpress.az xəbər verir ki, kurs ABŞ […]