--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Prezident: Təhlükəsizlik təhdidləri regionumuz üçün realdır

Aysel Əlibəyli 13 İyul 2026 · 11:52 1090 baxış

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın əsas prioritetləri sırasında təhlükəsizlik, enerji, rəqəmsal inkişaf və Qarabağın bərpası xüsusi yer tutur.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı səsləndirib.Dövlət başçısı qeyd edib ki, ölkənin gündəliyində Qarabağın bərpası, davamlı inkişaf, yeni nəqliyyat marşrutlarının yaradılması, rəqəmsal transformasiya, süni intellektin inkişafı və enerji təhlükəsizliyi kimi mühüm istiqamətlər yer alır.Onun sözlərinə görə, bərpa olunan enerji sahəsində Azərbaycanın böyük potensialı var. Qarabağda artıq 340 meqavat gücündə su elektrik stansiyaları istifadəyə verilib, eyni gücdə günəş elektrik stansiyasının tikintisinin isə gələn il başa çatdırılması planlaşdırılır. Prezident əlavə edib ki, bu imkanlar Avropaya elektrik enerjisi ixracının genişləndirilməsinə şərait yaradacaq.İlham Əliyev vurğulayıb ki, hazırkı dövrdə ən vacib məsələlərdən biri təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsidir. O bildirib ki, regionda mövcud təhlükəsizlik riskləri nəzəri deyil, real xarakter daşıyır və Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, digər ölkələrlə praktik və qarşılıqlı faydalı əməkdaşlığı da inkişaf etdirmək niyyətindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Emin Məmmədxanlı vəzifəsindən azad olundu

Next Article

Azərbaycan Anaklia limanına maraq göstərir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bəzi saytlara giriş müvəqqəti məhdudlaşdırılacaq

Aysel Əlibəyli 30 İyul 2026 · 16:59 1078 baxış Qadağan olunmuş məlumatların yayılması ilə bağlı internet məhdudiyyətləri genişləndirilib Elpress.az xəbər verir ki, Azərbaycanda internet informasiya ehtiyatlarına girişin müvəqqəti məhdudlaşdırıla biləcəyi hallar genişləndirilib.Yeni dəyişikliklər Prezident İlham […]

Qazaxıstan Prezidenti Tokayev Bakıya səfər edib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 18:16 1040 baxış Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 14-də Azərbaycana gəlib. Elpress.az xəbər verir ki, səfər Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak […]

Haber Global İlham Əliyevin AQEM-dəki çıxışını gündəmə gətirib

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 19:49 1018 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Türkiyə mediasının diqqət mərkəzində olub. Elpress.az xəbər verir ki, “Haber Global” sammitdə dövlət başçısının […]