--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bəzi saytlara giriş müvəqqəti məhdudlaşdırılacaq

Aysel Əlibəyli 30 İyul 2026 · 16:59 1112 baxış

Qadağan olunmuş məlumatların yayılması ilə bağlı internet məhdudiyyətləri genişləndirilib

Elpress.az xəbər verir ki, Azərbaycanda internet informasiya ehtiyatlarına girişin müvəqqəti məhdudlaşdırıla biləcəyi hallar genişləndirilib.Yeni dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi qanunla Cinayət, Cinayət-Prosessual məcəllələrinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən əlavələrdə əksini tapıb.Dəyişikliklərə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması və istifadəsi ilə bağlı məlumatların, onların qanunsuz əldə edildiyi yerlər və narkotik tərkibli bitkilərin kultivasiya üsulları barədə informasiyaların yayılması zamanı müvafiq internet resursuna və ya onun müəyyən hissəsinə giriş müvəqqəti məhdudlaşdırıla bilər.Eyni tədbir təhqir və böhtan xarakterli, şəxsi həyatın toxunulmazlığını pozan, həmçinin insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və müxtəlif infrastruktur obyektlərinin fəaliyyətinə təhlükə yarada biləcək yalan məlumatların yayılması hallarına da şamil ediləcək.Bundan əlavə, qumar oyunlarının internet, mobil rabitə, sosial şəbəkələr və digər elektron platformalar vasitəsilə təşkili, yetkinlik yaşına çatmayanların qumara cəlb edilməsi və bu fəaliyyətin qrup halında və ya böyük gəlir əldə etməklə həyata keçirilməsi üçün yeni cəza tədbirləri müəyyənləşdirilib.Qanuna əsasən, daha ağır hallarda, o cümlədən mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən və külli miqdarda gəlir gətirən qumar fəaliyyəti üzrə 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aqil Məlikovun səhhəti ağırlaşıb

Next Article

Ağdaşın inkişaf perspektivləri araşdırılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heybət Vəliyev: Turistlərin təhlükəsizliyi prioritet olmalıdır

Aysel Əlibəyli 08 İyun 2026 · 11:37 1186 baxış Azərbaycan Turizm Bürosunun Destinasiyanın İnkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev mövsüm öncəsi turistlərin təhlükəsizliyinin artırılmasının vacibliyini vurğulayıb. Elpress.az “Report”a istinadən xəbər verir ki, Onun […]