--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Aysel Əlibəyli 13 Avqust 2026 · 13:55 1056 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib.

Elpress.az xəbər verir ki, yeni təyin olunan səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Görüş zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında əlaqələrin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Almaniya Azərbaycanın Avropadakı mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq həyata keçirilir.Görüş diplomatik əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda meteor yağışı müşahidə edildi

Next Article

Bakıda metro və avtobuslarla bağlı mühüm dəyişiklik

Bəlkə də, sizin üçün maraqlı olar ...;