--:--:-- | 10 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

WUF13 çərçivəsində “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” mövzusunda beynəlxalq panel sessiyası təşkil olunub.

Aysel Əlibəyli 20 May 2026 · 19:10 22 baxış

Mayın 19-da BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” mövzusunda beynəlxalq panel sessiyası baş tutub.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” mövzusunda beynəlxalq panel sessiyası təşkil olunub.Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, ekspertlər, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, həmçinin dünyanın aparıcı universitet və şirkətlərini təmsil edən mütəxəssislər iştirak ediblər.Tədbirdə əvvəlcə işğaldan azad edilmiş ərazilərin işğal dövründəki vəziyyətini və sonrakı bərpa prosesini əks etdirən görüntülər nümayiş olunub.Daha sonra çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev urbisid anlayışının beynəlxalq hüquq və təhlükəsizlik baxımından daha geniş tanınmasının vacibliyini vurğulayıb. O bildirib ki, urbisid müharibə şəraitində şəhər və yaşayış məntəqələrinin məqsədli şəkildə dağıdılması, onların sosial-mədəni kimliyinin silinməsi və insanların geri dönüş imkanlarının məhdudlaşdırılması deməkdir. Fərid Şəfiyev qeyd edib ki, Qarabağda baş verən urbisid digər nümunələrdən fərqli olaraq hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib. Məqsəd yalnız şəhərləri dağıtmaq deyil, həm də azərbaycanlıların həmin ərazilərə qayıdışını əngəlləmək, bölgənin tarixi və mədəni yaddaşını silmək olub.O, ATƏT-in 2005-ci il Faktaraşdırıcı Missiyasının hesabatına istinad edərək Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və digər rayonların tamamilə dağıdıldığını, yaşayış məntəqələrinin talan olunduğunu və hətta tikinti materiallarının sökülərək aparıldığını diqqətə çatdırıb.Bildirilib ki, urbisidin əsas əlamətləri fiziki dağıntılar, etnik təmizləmə və şəhərlərin mədəni kimliyinin dəyişdirilməsidir. Xüsusilə Laçın və Kəlbəcərin Ermənistan üçün strateji əhəmiyyət daşıdığı və həmin ərazilərdə məskunlaşdırma siyasətinin aparıldığı vurğulanıb.Fərid Şəfiyev əlavə edib ki, urbisid sadəcə “əlavə zərər” deyil, siyasi və ideoloji məqsədlərlə həyata keçirilən idarəetmə strategiyasıdır. Onun sözlərinə görə, şəhər məkanlarının məhv edilməsi yeni nəzarət və hakimiyyət mexanizmlərinin qurulmasına xidmət edir. Paneldə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, son illərdə həmin rayonlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. O qeyd edib ki, işğal dövründə yüz minlərlə insan doğma torpaqlarından didərgin salınıb, yaşayış məntəqələri, dini və mədəni abidələr dağıdılıb, bölgənin tarixi-mənəvi kimliyinə ciddi zərbə vurulub.Vahid Hacıyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesində əsas problemlərdən biri mina təhlükəsi olub. O bildirib ki, ANAMA-nın fəaliyyəti nəticəsində minatəmizləmə işləri sürətləndirilib və təhlükəsiz yaşayış mühitinin yaradılması istiqamətində mühüm addımlar atılıb.Paneldə çıxış edən digər iştirakçılar — London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) coğrafiya və ətraf mühit üzrə qonaq tədqiqatçı Din Şarp, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov, Cenevrə Universitetinin baş müəllimi Aleksandr Hecazi, “Drees & Sommer” şirkətinin İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə direktoru Haris Piplas və Almaniyanı təmsil edən mədəni irs strategiyası və mədəni turizm üzrə mütəxəssis Dalya Altuntepe bildiriblər ki, urbisidin müharibə aləti kimi istifadəsi şəhərlərin sosial-iqtisadi inkişafına və dayanıqlılığına ciddi zərər vurur. Onların fikrincə, münaqişələr zamanı şəhərlərin, yaşayış məntəqələrinin, mühüm infrastruktur obyektlərinin və mədəni irs nümunələrinin məqsədli şəkildə dağıdılması yalnız fiziki mühitə deyil, cəmiyyətin sosial quruluşuna və tarixi yaddaşına da ağır təsir göstərir.Çıxışlarda Qarabağ və ətraf bölgələrdə baş verən dağıntıların bunun açıq nümunəsi olduğu bildirilib. Şəhər və kəndlərin viran qoyulması, infrastrukturun məhv edilməsi və mədəni irs abidələrinin dağıdılması regionun uzunmüddətli inkişaf imkanlarını məhdudlaşdırıb.Eyni zamanda qeyd olunub ki, ekoloji zərər və genişmiqyaslı mina çirklənməsi azad edilmiş ərazilərdə həyatın yenidən bərpası prosesində əsas çağırışlardan biridir. Bu problemlərin həm təhlükəsizliyə, həm də ərazilərin uzunmüddətli yaşayış üçün yararlılığına mənfi təsir göstərdiyi vurğulanıb.Məruzəçilər Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa işlərinin beynəlxalq təcrübə ilə uyğunlaşdırılmasının vacibliyini qeyd edərək, innovativ yanaşmaların tətbiqinin önəmini diqqətə çatdırıblar.Bundan başqa, Qarabağ və ətraf bölgələr üçün strateji planlaşdırmanın aparılması, gələcəyə yönəlmiş məkan inkişafı konsepsiyalarının hazırlanması və müasir urbanizasiya tendensiyalarının nəzərə alınmasının vacibliyi vurğulanıb.Həmçinin “Ağıllı şəhər” modellərinin tətbiqi, rəqəmsal infrastrukturun inkişafı və bərpaolunan enerji zonalarının yaradılmasının regionun dayanıqlı inkişafında mühüm rol oynayacağı qeyd edilib.Sonda bildirilib ki, keçirilən müzakirələr urbisid, postmünaqişə dövründə şəhərlərin bərpası və Azərbaycanın yenidənqurma təcrübəsinin beynəlxalq səviyyədə təhlili baxımından mühüm platforma rolunu oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Magistratura imtahanının ilkin nəticələri elan olundu

Next Article

Rusiyanın Prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri yekunlaşıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Rusiya ilə münasibətləri pozmaq niyyətində deyilik”

Aysel Əlibəyli 14 May 2026 · 15:59 21 baxış Erənistanın Rusiya ilə qarşıdurmaya getmək niyyəti yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Ermənistan kiçik dövlət olduğu üçün Rusiya ilə mübahisəyə girmək […]