--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Prezidentdən sülh mesajı: “Bu gün nəticələri hiss edirik”

Aysel Əlibəyli 02 İyul 2026 · 00:07 1126 baxış

Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuata bəyanatında Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha vurğulayıb.Dövlət başçısı bildirib ki, Azərbaycan sülhün yalnız sənədlərdə deyil, real həyatda da hiss olunması üçün mühüm addımlar atıb.Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər işğal altında saxlanılması səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb və hazırda Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına tranzit imkanları yaradılıb. Prezident əlavə edib ki, ölkə Ermənistana benzin və dizel kimi mühüm yanacaq məhsullarının tədarükünə də başlayıb.İlham Əliyev qeyd edib ki, bu addımlar Azərbaycanın sülhə səmimi yanaşmasının göstəricisidir:“Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik”.Prezident xatırladıb ki, Azərbaycanın torpaqları 30 il işğal altında qalıb, ölkə isə suverenliyini və ərazi bütövlüyünü hərbi və siyasi yollarla bərpa edib. Bununla yanaşı, Azərbaycanın Ermənistana sülh təklifi verdiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, əsas məqsəd mövcud sülh mühitini möhkəmləndirmək və onu uzunmüddətli etməkdir.İlham Əliyev çıxışının sonunda Avropa Komissiyasının bu istiqamətdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini də vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü

Next Article

Belçika Seneqalla üz-üzə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Qırğızıstan Prezidentini təbrik edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:26 1048 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib. Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Sadır Japarova […]

Baş prokuror yanında Elmi-Məsləhət Şurası toplanıb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:59 1072 baxış İclasda cinayət qanunvericiliyi, məhkəmə ekspertizası və rəqəmsal kriminalistika məsələləri müzakirə olunub Elpress.az xəbər verir ki, Sentyabrın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası […]

Ərtoğruldan Atatürkə, Atatürkdən Ərdoğana

Aysel Əlibəyli 12 İyul 2026 · 11:37 1120 baxış “Həqiqəti söyləmək asandır, onu başa salmaq çətindir”. – Rumi Bir zamanlar min iki yüz ilin axırıncı on illiyində qırx minlik qoşunla Osman Qazinin üçüncü oğlu Ərtoğrul […]