--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:48 1186 baxış

Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş baş tutub.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Medianın İnkişafı Agentliyində (MEDİA) beynəlxalq media əməkdaşlığının inkişafı və qlobal informasiya mühitində qarşıya çıxan yeni çağırışlar müzakirə olunub. Görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami iştirak ediblər.Görüş zamanı Əhməd İsmayılov sürətlə dəyişən informasiya məkanında media qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, müasir dövrdə saxta xəbərlərin və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizə aparmaq üçün təcrübə mübadiləsinin gücləndirilməsi, media savadlılığının artırılması və rəqəmsal bacarıqların inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.MEDİA-nın İcraçı direktoru həmçinin dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinin qarşısının alınması istiqamətində media təşkilatlarının birgə fəaliyyətinin vacibliyini vurğulayıb.Məhəmməd Əl-Yami isə rəqəmsal transformasiya dövründə yeni texnologiyaların, xüsusilə süni intellekt imkanlarının media sahəsində düzgün, məsuliyyətli və şəffaf şəkildə tətbiq edilməsinin önəmini qeyd edib. O bildirib ki, xəbərlərin hazırlanması, yoxlanılması və idarə olunması prosesində texnoloji yeniliklər jurnalistikanın peşəkar prinsipləri və etik normaları ilə uzlaşdırılmalıdır.Görüşdə media savadlılığının artırılması, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, innovativ həllərin tətbiqi və gələcək əməkdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin və beynəlxalq təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran və Rusiya XİN rəhbərləri mühüm məsələləri müzakirə etdi

Next Article

65 yaşlı həkimlərlə bağlı qərarda dəyişiklik gündəmdə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1096 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Aysel Əlibəyli 21 İyul 2026 · 12:49 1124 baxış Elpress.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin […]