--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Azərbaycan və İordaniya arasında vizalar ləğv olunur

Aysel Əlibəyli 09 İyul 2026 · 11:38 1112 baxış

Azərbaycan və İordaniya arasında münasibətlərin inkişafı istiqamətində daha bir mühüm sənəd imzalanıb.

Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniyanın xarici işlər naziri Əymən Əs-Safadi iki ölkənin ümumvətəndaş pasportu sahibləri üçün qarşılıqlı viza rejiminin ləğvini nəzərdə tutan sazişi imzalayıblar.

Razılaşmaya əsasən, sənəd qüvvəyə mindikdən sonra hər iki ölkənin vətəndaşları qarşılıqlı səfərlər zamanı viza almaq öhdəliyindən azad olunacaqlar.

Tərəflər bununla yanaşı, energetika sahəsində əməkdaşlığın genişləndirilməsini hədəfləyən Anlaşma Memorandumuna da imza atıblar. Sənəd iki ölkə arasında enerji sektorunda təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, imzalanan sənədlər Azərbaycan və İordaniya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

Next Article

Metro bağlanandan sonra nə baş verir? – Sərnişinlərin görmədiyi proseslər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Polşa səfiri XİN-ə çağırılıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:43 1052 baxış Azərbaycan TVP World-də yayımlanan süjetə görə Polşaya etiraz edib Elpress.az xəbər verir ki, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.Görüş zamanı […]

Berdiməhəmmədov: Azərbaycanın C5+1 formatına qoşulması yeni imkanlar yaradır

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 11:00 1046 baxış Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatına qoşulması regionlararası əlaqələrin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib. Elpress.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Avaza”da […]

Ermənistan məhkəməsi TRIPP sazişinə hüquqi qiymət verdi

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:06 1056 baxış Konstitusiya Məhkəməsi Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq sənədinin əsas müddəalarını konstitusiyaya uyğun hesab edib Elpress.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsi ABŞ-la TRIPP layihəsi çərçivəsində […]