--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Metro bağlanandan sonra nə baş verir? – Sərnişinlərin görmədiyi proseslər

Aysel Əlibəyli 09 İyul 2026 · 11:47 1130 baxış

Metro qatarlarının son reysi başa çatdıqdan sonra stansiyalarda sərnişinlərin görmədiyi genişmiqyaslı təmizlik və hazırlıq işlərinə start verilir.

Elpress.az xəbər verir ki, bununla bağlı Bakı Metropoliteni sosial şəbəkə hesabında maraqlı görüntülər paylaşıb.

Bildirilib ki, iş vaxtı bitdikdən sonra stansiyaların platformaları, keçidlər, giriş-çıxış hissələri və digər sahələr xüsusi avadanlıqlarla təmizlənir, dezinfeksiya olunur və növbəti iş günü üçün hazır vəziyyətə gətirilir.

Qeyd olunub ki, bu proseslərin əsas məqsədi sərnişinlər üçün təmiz, təhlükəsiz və sağlam mühitin təmin edilməsidir. Metro rəhbərliyi vurğulayıb ki, sərnişinlərin hər gün istifadə etdiyi səliqəli stansiyalar görünməyən, lakin böyük zəhmət tələb edən gecə işlərinin nəticəsidir.

Paylaşılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb və istifadəçilər metro əməkdaşlarının əməyini yüksək qiymətləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və İordaniya arasında vizalar ləğv olunur

Next Article

“Kızılcık Şerbeti”nin aktyorundan etiraf: “20 ildir psixiatrik müalicə alıram”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB-də şöbə müdiri vəzifəsindən ayrıldı

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 20:58 1058 baxış Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) rəhbər vəzifələrdən birində dəyişiklik baş verib. Elpress.az xəbər verir ki, TƏBİB-in İnzibati idarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri Aysel […]

Ombudsmanın maaşı 12 min manat oldu

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 20:56 1070 baxış Elpress.az xəbər verir ki, Milli Məclis İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. Məsələ ilə bağlı qanun layihəsi parlamentin […]