--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Polşa səfiri XİN-ə çağırılıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:43 1060 baxış

Azərbaycan TVP World-də yayımlanan süjetə görə Polşaya etiraz edib

Elpress.az xəbər verir ki, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski Xarici İşlər Nazirliyinə çağırılıb.Görüş zamanı avqustun 26-da Polşanın ictimai yayım qurumu TVP-nin “TVP World” kanalında yayımlanan “Eastern Express” verilişində Azərbaycanla bağlı təqdim olunan material müzakirə edilib. Azərbaycan tərəfi süjetdə ölkəyə və dövlət rəhbərliyinə qarşı qərəzli və qeyri-obyektiv fikirlərin səsləndirilməsinə, həmçinin veriliş aparıcısının təxribat xarakterli davranışına görə kəskin narazılığını bildirib. Bununla bağlı Polşa tərəfinə etiraz notası təqdim olunub.XİN tərəfindən bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etdiyi, eləcə də regionda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində səylərin göstərildiyi bir vaxtda həqiqəti əks etdirməyən məlumatların yayılması narahatlıq doğurur.Azərbaycan tərəfi Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım qurumunda ölkəyə qarşı mənfi məzmunun yayımlanmasını iki dövlət arasındakı tərəfdaşlıq münasibətlərinə uyğun olmayan və əlaqələrə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib.Polşa tərəfi Azərbaycana qarşı bu xarakterli təxribatçı kampaniyaların qarşısının alınması üçün təcili və effektiv tədbirlər görməyə çağırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İstanbulda avtobus qəzaya uğrayıb: 17 yaralı

Next Article

Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 1169 baxış Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets […]

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşüb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 10:59 1060 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirilib. Elpress.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri […]

İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Aysel Əlibəyli 23 Avqust 2026 · 14:46 1064 baxış Azərbaycan Prezidenti Daşkənddə Şavkat Mirziyoyev tərəfindən qarşılanıb Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.Dövlət başçısını və birinci […]