--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Avropa İttifaqından Azərbaycana strateji tərəfdaşlıq mesajı

Aysel Əlibəyli 02 İyul 2026 · 08:13 1090 baxış

Elpress.az Azərtac-a istinadən xəbər verir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bunu Milli Məclisin deputatı Nurlan Həsənov AZƏRTAC-a açıqlamasında bildirib.Deputatın sözlərinə görə, Antonio Koşta və Ursula fon der Lyayenin Azərbaycana səfərləri Brüsselin ölkəmizi Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi qiymətləndirdiyini nümayiş etdirir.

Nurlan Həsənov qeyd edib ki, Ursula fon der Lyayenin Prezident İlham Əliyev ilə görüşdə Azərbaycanı strateji tərəfdaş adlandırması xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu yanaşma Azərbaycanın regionun aparıcı dövləti kimi mövqeyinin və beynəlxalq etimadının daha da möhkəmləndiyini göstərir.

Deputat vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanı yalnız etibarlı enerji təchizatçısı kimi deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi qiymətləndirir.

O bildirib ki, ölkənin əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu regional sabitliyə və iqtisadi əməkdaşlığa mühüm töhfə verir.

Onun sözlərinə görə, enerji sahəsi tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Xüsusilə 2022-ci ildən sonra Azərbaycanın Avropa İttifaqına qaz ixracının 65 faiz artması ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir.

Nurlan Həsənov əlavə edib ki, Azərbaycan və Avropa İttifaqı yaşıl enerji sahəsində də əməkdaşlığı genişləndirir. Bərpaolunan enerji potensialının inkişafı və Avropaya uzanan yaşıl enerji dəhlizinin yaradılması bu istiqamətdə strateji əhəmiyyət daşıyır.Deputat həmçinin qeyd edib ki, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyi, eləcə də sərhədyanı ərazilər üçün maliyyə yardımının ayrılması regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edir.

Sonda o vurğulayıb ki, Azərbaycanın ABŞ, Çin və Avropa İttifaqı ilə qurduğu balanslaşdırılmış xarici siyasət ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regional və qlobal proseslərdə rolunu daha da gücləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Belçika Seneqalla üz-üzə

Next Article

Bakıda bu yollarda nəqliyyat sıxlığı müşahidə olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xarici diplomatlar Xankəndidə “AzCotton” fabrikində olublar

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 16:05 1046 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağa səfəri davam edir. Səfər proqramına uyğun olaraq xarici diplomatlar Xankəndidə yerləşən “AzCotton” MMC-nin tikiş fabrikinə […]

Rubiodan İrana sərt mesaj: Hərbi seçim gündəmdən çıxmayıb

Aysel Əlibəyli 24 May 2026 · 23:56 1124 baxış ABŞ dövlət katibi Marco Rubio Vaşinqtonun İrana qarşı hərbi əməliyyatların yenidən gündəmə gəlməsi ehtimalını istisna etmədiyini açıqlayıb. O, bu fikirləri India Today telekanalına müsahibəsində səsləndirib.Rubio bildirib […]