--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Qlobal mənzil böhranının yükü qadınların üzərində daha ağır hiss olunur, Rossbax bildirir.

Aysel Əlibəyli 22 May 2026 · 10:49 55 baxış

Qlobal mənzil böhranı qadınlara daha kəskin şəkildə təsir edir və onlar münasib mənzilə çıxış zamanı bir çox sistemli çətinliklərlə qarşılaşırlar.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən dəyirmi masada çıxış edərək bildirib ki, dünyada 3 milyard insan qeyri-adekvat mənzil şəraitində yaşayır, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb, 300 milyon nəfər isə evsizlik problemi ilə üzləşib. O qeyd edib ki, bu qlobal mənzil böhranı qadınlara daha qeyri-bərabər təsir göstərir və onlar struktur, hüquqi və mədəni maneələrlə qarşılaşırlar.Onun sözlərinə görə, qadınların adekvat mənzilə çıxışında əsas problemlərdən biri ayrı-seçkilik xarakterli miras və mülkiyyət qanunlarıdır ki, bu da onların mənzil hüququnu çox vaxt kişi ilə əlaqəli münasibətlərdən asılı vəziyyətə salır. Rossbax əlavə edib ki, torpaq mülkiyyəti və kredit imkanlarına çıxışın məhdudluğu, eləcə də formal olaraq neytral görünən, lakin praktikada gender bərabərsizliyi yaradan siyasətlər mövcud vəziyyəti daha da ağırlaşdırır.O həmçinin vurğulayıb ki, adekvat mənzilin olmaması qadınları məişət zorakılığı riskinə daha açıq edir və təhlükəsiz sığınacaq olmadıqda onlar zorakılıq qarşısında daha həssas vəziyyətə düşürlər. Onun məlumatına görə, 2024-cü ildə qadın qətllərinin 60 faizi partnyor və ya ailə üzvləri tərəfindən törədilib və bu risk xüsusilə böhran dövrlərində, o cümlədən pandemiya zamanı daha da aydın şəkildə özünü göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azər Məmmədrəhimov bildirib ki, WUF13 Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu nümayiş etdirir.

Next Article

WUF13 çərçivəsində dəyişdirilmiş marşrutların fəaliyyəti yenidən bərpa olunur.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 135 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]

AMB pul siyasəti ilə bağlı yeni qərar verdi

Aysel Əlibəyli 24 İyun 2026 · 11:18 26 baxış Elpress.az xəbər verir ki, Central Bank of the Republic of Azerbaijan 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikində dəyişiklik edib. Məlumata görə, faiz dəhlizinin […]

QHT-lər üçün “bir pəncərə” sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 22 İyun 2026 · 19:44 32 baxış Elpress.az xəbər verir ki, Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni qaydanı təsdiqləyib. Yeni mexanizm dövlət […]