--:--:-- | 11 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Milli Məclis Azərbaycanın Portuqaliyada səfirliyinin açılmasına razılıq verdi

Aysel Əlibəyli 12 İyun 2026 · 13:49 1116 baxış

Milli Məclis Azərbaycanın Portuqaliya Respublikasındakı səfirliyinin təsis olunmasını təsdiqləyib.

Elpress.az xəbər verir ki, məsələ parlamentin növbədənkənar sessiyasının iyunun 12-də keçirilən iclasında müzakirə olunaraq qəbul edilib.Qərara əsasən, Azərbaycanın diplomatik nümayəndəliyi Portuqaliyanın paytaxtı Lissabon şəhərində fəaliyyət göstərəcək.Müzakirələr zamanı deputat Samir Vəliyev Azərbaycan və Portuqaliya arasında münasibətlərin dostluq və qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, Lissabonda səfirliyin açılması iki ölkə arasındakı siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına, eləcə də parlamentlərarası əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərəcək.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da çıxışında Azərbaycan-Portuqaliya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, yaxın zamanda Portuqaliyanın da Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan daha bir beynəlxalq dəniz konvensiyasına qoşulur

Next Article

Kamran Əliyev Nərimanov sakinlərinin müraciətlərini dinlədi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazında gərginlik davam edir — İran açıqladı

Aysel Əlibəyli 27 May 2026 · 12:58 1108 baxış İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri bildirib ki, Tehran və Vaşinqton Hörmüz boğazının gəmi keçidinə açılması məsələsində hələ də ortaq mövqeyə gələ bilməyib. […]

Şuşa Bəyannaməsi qardaşlığın sarsılmaz simvoludur

Aysel Əlibəyli 15 İyun 2026 · 15:27 1106 baxış 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında münasibətlərin yeni […]

Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif olunub

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:03 1038 baxış Özbəkistan Prezidentinə Azərbaycanla münasibətlərin inkişafındakı xidmətlərinə görə yüksək dövlət ordeni verilib Elpress.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni ilə […]