--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

QHT-lər üçün “bir pəncərə” sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 22 İyun 2026 · 19:44 1114 baxış

Elpress.az xəbər verir ki, Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni qaydanı təsdiqləyib.

Yeni mexanizm dövlət büdcəsindən ayrılan qrantlar, subsidiyalar, dövlət sifarişləri və digər maliyyə dəstəyi formalarının vahid sistem üzərindən idarə olunmasını təmin edəcək. Qərarın əsas məqsədi bu sahədə şəffaflığın artırılması, hesabatlılığın gücləndirilməsi və maliyyələşdirmə proseslərinin elektron qaydada əlaqələndirilməsidir.Qaydaya əsasən, QHT-lərin maliyyələşdirilməsi üzrə işlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə 15 dövlət qurumunun koordinasiyalı fəaliyyəti çərçivəsində həyata keçiriləcək.Yeni qaydalarda qrant məbləğləri də yenilənib. Belə ki, kiçik qrantların yuxarı həddi 30 min manat müəyyən edilib. Böyük qrantların aşağı həddi 30 min manat təşkil edir, yuxarı həddi isə hər müsabiqə üzrə ayrıca müəyyənləşdiriləcək. Səfər qrantlarının maksimum məbləği isə 15 min manat olacaq.Bundan əlavə, layihələrin qiymətləndirilməsi meyarları da sərtləşdirilib. Ekspertlər bundan sonra layihələrin dövlət siyasətinə, strateji sənədlərə və aidiyyəti qurumlarla əməkdaşlığa töhfəsini ayrıca dəyərləndirəcəklər.Yeni sistemin tətbiqinin QHT sektorunda fəaliyyətin daha səmərəli, nəticəyönümlü və sistemli təşkilinə imkan yaradacağı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AEBA müfəttişlərinin bu həftə İrana qayıtması gözlənilir

Next Article

Bakının 6 əsas yolunda sıxlıq yarandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ceyhun Bayramov Gürcüstanlı həmkarı ilə görüş keçirib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:46 1088 baxış Ceyhun Bayramov İstanbulda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və strateji əməkdaşlıq münasibətlərinin […]

XİN Rusiyadakı təxribatı qətiyyətlə pisləyib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:52 1050 baxış Azərbaycan Rusiyanı səfirliyin qonaq evi qarşısındakı insidenti araşdırmağa çağırıb Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında ölkə əleyhinə təxribat […]

Zelenski İlham Əliyevə təşəkkür edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:05 1038 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyi təbrikə görə təşəkkür edib. Elpress.az xəbər verir ki, Zelenski bu barədə “X” […]