--:--:-- | 27 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Böyük Qayıdışın növbəti ünvanı: Şükürbəylidə həkim məntəqəsi açıldı

Aysel Əlibəyli 24 İyun 2026 · 23:06 1122 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun bərpası və əhalinin əsas xidmətlərlə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Elpress.az xəbər verir ki, Bu tədbirlərin tərkib hissəsi olaraq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərəcək Şükürbəyli kənd həkim məntəqəsi istifadəyə verilib.Müəssisədə sakinlərə ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilən həkim məntəqəsində 1 həkim, 2 tibb bacısı və 1 sanitar fəaliyyət göstərəcək.Həkim məntəqəsi təxminən 2500 nəfər əhaliyə xidmət göstərəcək. Müəssisənin fəaliyyəti ilkin tibbi yardıma çıxış imkanlarının genişləndirilməsinə, profilaktik xidmətlərin gücləndirilməsinə və əhalinin sağlamlığının qorunmasına töhfə verəcək.Şükürbəyli kəndində həkim məntəqəsinin fəaliyyətə başlaması bölgədə yaşayış üçün zəruri sosial xidmətlərin formalaşdırılması, eləcə də “Böyük Qayıdış” çərçivəsində səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, həkim məntəqəsi Prezident İlham Əliyevin Şükürbəyli kəndinə səfəri zamanı verdiyi tapşırıqların icrası çərçivəsində yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Deputatdan təklif: Tək yaşayan qadınlar daha tez pensiyaya çıxsın

Next Article

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda evin qanunsuz sökülməsi iddialarına cavab verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:38 1094 baxış Yasamal Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılan və vətəndaşın evinin qanunsuz şəkildə sökülməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. Yasamal Rayon İcra Hakimiyyəti B. Səfəroğlu küçəsi […]

Həkimdən kosmetik vasitələrlə bağlı xəbərdarlıq

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:41 1036 baxış Kosmetik məhsulların istifadəsi zamanı yararlılıq müddəti və gigiyenik qaydalara diqqət edilməlidir Elpress.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Sanitar-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov kosmetik vasitələrdən istifadə […]

İyunun 15-i Üçün Hava Proqnozu

Aysel Əlibəyli 14 İyun 2026 · 12:46 1130 baxış Milli Hidrometeorologiya Xidmətinin növbəti gün üçün hazırladığı hava hesabatı təqdim olunub. Paytaxt və ətraf ərazilərdə göy üzü gah buludlu, gah da açımcaq olacaq. Günün böyük hissəsi […]