--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azər Məmmədrəhimov bildirib ki, WUF13 Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu nümayiş etdirir.

Aysel Əlibəyli 22 May 2026 · 10:32 1184 baxış

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq tədbirlərə uğurla ev sahibliyini davam etdirir. Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) isə Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf və rəqəmsal həllər sahəsində getdikcə artan nüfuzunu ortaya qoyur.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvanda keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında çıxış edib.O, bildirib ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkil etdiyi bu festivalın əsas istiqamətləri qlobal çağırışlarla tam uyğunluq təşkil edir.Qeyd olunub ki, festivalda 60 startap komandası iştirak edir və təqdim edilən layihələr rəqəmsal xidmətlər, süni intellekt texnologiyaları, enerji və su idarəetməsi, kənd təsərrüfatı texnologiyaları, təhlükəsizlik sistemləri, ekoloji həllər və innovativ şəhər infrastrukturu kimi mühüm sahələri əhatə edir.Azər Məmmədrəhimov həmçinin vurğulayıb ki, bu festival dövlət qurumları, universitetlər və innovasiya sahəsində fəaliyyət göstərən gənclər arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

WUF tarixində ilk dəfə olaraq Aborigen Xalqlar üçün ayrıca Qrup formalaşdırılıb.

Next Article

Qlobal mənzil böhranının yükü qadınların üzərində daha ağır hiss olunur, Rossbax bildirir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1222 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]

Azərbaycanda yeni vergi bəyannamələri təsdiqlənib

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:43 1086 baxış Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra bəyannamələrin forması yenilənib Elpress.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən bəzi vergi bəyannamələrinin yeni formaları və onların hazırlanması qaydaları […]

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:38 1154 baxış Bakıda keçirilən paneldə xarici kapitalın yerli səriştə və texnologiyaların inkişafına təsiri müzakirə edilib Elpress.az xəbər verir ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində yerli ekspertizanın […]

Rusiyadan Ermənistana Azərbaycan üzərindən taxıl göndəriləcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:32 1082 baxış Ermənistana Azərbaycandan tranzit keçməklə 41 vaqon arpa və buğda daşınacaq Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə taxıl məhsullarının daşınması həyata keçiriləcək.Məlumata görə, […]