--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyevin Qarabağa səfərləri Azərbaycanın uzunmüddətli strateji planlarının təcəssümüdür.

Aysel Əlibəyli 31 May 2026 · 18:28 1152 baxış

Qarabağ və Şərqi Zəngəzura Prezident İlham Əliyevin həyata keçirdiyi səfərlərin vaxtı təsadüfi deyil. Həmin tarixlər müəyyən məqsədlərə xidmət edir, dərin rəmzi məna daşıyır və dünya ictimaiyyətinə mühüm siyasi-strateji mesajlar çatdırır.”

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, “Perspektiv Siyasətin Texnologiyaları” İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun sözlərinə görə, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin müəyyən tarixi günlərə təsadüf etməsi xüsusi məna daşıyır. O qeyd edib ki, Xocalı soyqırımının ildönümü, Novruz bayramı ərəfəsi və Ümummilli Lider Heydər Əliyevin doğum günü kimi əlamətdar tarixlərdə işğaldan azad edilmiş ərazilərə edilən səfərlər tarixi yaddaşın qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına və bölgənin inkişafına verilən siyasi dəstəyin nümayişinə xidmət edir.R.Qonaqov bildirib ki, Prezident İlham Əliyevin 28 May – Müstəqillik Günündə Qarabağa səfəri də xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu səfər Azərbaycanın artan beynəlxalq nüfuzunu, siyasi iradəsini və milli birliyini əks etdirən mühüm hadisələrdən biridir.QHT sədri vurğulayıb ki, Qarabağda keçirilən tədbirlər xalqın həm faciəli, həm də şanlı tarixinin unudulmadığını göstərir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq diqqətdə saxlanıldığını nümayiş etdirir.O əlavə edib ki, Prezident İlham Əliyevin Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında iştirakı, Xocalıda hərbçilər üçün inşa edilən yaşayış evlərində yaradılan şəraitlə tanış olması, “Qarabağ Tekstil Evi”nin fəaliyyəti ilə maraqlanması, Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərə baxış keçirməsi və yeni müəssisələrin açılışlarında iştirakı bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin göstəricisidir.R.Qonaqovun sözlərinə görə, Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzurla bağlı yalnız siyasi bəyanatlar verən ölkə deyil, həm də infrastruktur layihələri, müasir şəhərsalma, sosial obyektlərin tikintisi və məcburi köçkünlərin qayıdışı istiqamətində real nəticələr ortaya qoyan dövlətdir. Buna görə də Prezident İlham Əliyevin bölgəyə hər bir səfəri görülən işlərin təqdimatı olmaqla yanaşı, Azərbaycanın potensialının və strateji inkişaf baxışının nümayişi kimi qiymətləndirilməlidir.Onun fikrincə, bu səfərlər Qarabağ və Şərqi Zəngəzurun bərpasının sistemli və uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi olduğunu təsdiqləyir. Həyata keçirilən layihələr regionun yenidən qurulması ilə yanaşı, Azərbaycanın iqtisadi, siyasi və geosiyasi mövqelərinin daha da güclənməsinə töhfə verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə də buğda istehsalında tarixi rekord gözləntisi.

Next Article

Fransada iğtişaşlar fonunda saxlanılanların sayı 780 nəfərə çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1146 baxış Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib. Tədbirdə Azərbaycan Prezidenti, Silahlı […]

Dövlət Qulluğu Məcəlləsi parlamentdə müzakirəyə çıxarılır

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 15:12 1096 baxış Yeni məcəllənin təsdiqi ilə bağlı qanun layihəsi komitənin iclasında gündəmə gətiriləcək Elpress.az xəbər verir ki, Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim […]

Qurtuluş yolundan Böyük Zəfərə aparan siyasi irs

Aysel Əlibəyli 14 İyun 2026 · 11:10 1140 baxış Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyin inkişafında və ölkənin gələcək uğurlarının təmin olunmasında mühüm rol oynayıb. Onun müəyyən etdiyi strateji xətt nəticəsində Azərbaycan sabitlik […]