Yeni məcəllənin təsdiqi ilə bağlı qanun layihəsi komitənin iclasında gündəmə gətiriləcək
Elpress.az xəbər verir ki, Azərbaycanda Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim olunacaq.Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirə ediləcək.İclasın gündəliyinə yalnız “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi daxil edilib.


