--:--:-- | 27 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Mark Rubio bildirib ki, ABŞ ilə İran arasında aparılan diplomatik prosesdə müəyyən irəliləyiş əldə edilib.

Aysel Əlibəyli 23 May 2026 · 18:49 61 baxış

ABŞ ilə İran arasında aparılan diplomatik prosesdə müəyyən irəliləyiş əldə olunub.

“CBS News”un məlumatına görə, bunu ABŞ Dövlət Katibi Mark Rubio İranla bağlı danışıqları dəyərləndirərkən bildirib.O qeyd edib ki, İranla müharibənin qarşısını almağa hesablanmış mümkün razılaşma üzrə dolayı danışıqlarda “müəyyən irəliləyiş” müşahidə olunur və bunu müsbət addım kimi qiymətləndirib.Bununla yanaşı, Mark Rubio İranın uranın zənginləşdirilməsi məsələsi ilə bağlı fikir ayrılıqlarının hələ də qaldığını vurğulayıb. O, həmçinin Tehranın Hörmüz boğazında ödəniş sistemi yaratmaq təşəbbüsünü qəbuledilməz hesab etdiklərini deyib.ABŞ Dövlət Katibi əlavə edib ki, İran boğazın yenidən açılmasına razılıq verməsə, ABŞ və tərəfdaş ölkələrin alternativ “B planı” hazır olmalıdır.“Mənim hazırda sizin üçün yeni xəbərim yoxdur. Ola bilər ki, bu gün bir qədər sonra nəsə olsun. Bəlkə də heç nə olmayacaq. Ümid edirəm ki, olacaq, amma hələlik buna əmin deyiləm”, – deyə Mark Rubio İranla aparılan danışıqlara münasibət bildirərkən söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil mərhələsi üzrə imtahanına start verilib.

Next Article

Galatasaray və Fenerbahçenın rəqibləri müəyyənləşib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Konqresinin nümayəndəsi ANAMA-da olub

Aysel Əlibəyli 19 İyun 2026 · 18:46 26 baxış ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Camal Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində (ANAMA) olub. Elpress.az xəbər verir ki, ANAMA-nın İdarə Heyətinin […]

Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

Aysel Əlibəyli 24 İyun 2026 · 11:45 36 baxış Elpress.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi keçirilib. Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak […]