--:--:-- | 27 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ukrayna Volqoqradda “İsgəndər” raketləri istehsal edən müəssisəni hədəfə aldı

Aysel Əlibəyli 27 İyun 2026 · 10:54 1084 baxış

Rusiyanın Volqoqrad şəhəri iyulun 27-nə keçən gecə raket hücumuna məruz qalıb.

Yerli sakinlər şəhərdə bir neçə güclü partlayışın baş verdiyini, ardınca isə yanğının yarandığını bildiriblər. Elpress.az xəbər verir ki, OSINT analitiklərinin məlumatına görə, hücumun əsas hədəfi Rusiyanın hərbi-sənaye kompleksinin mühüm müəssisələrindən biri hesab edilən “Titan-Barikadı” zavodu olub. Bildirilir ki, bu müəssisədə “İsgəndər-M”, “Topol-M” və “Yars” raket kompleksləri istehsal edilir.Sosial şəbəkələrdə hücum anını əks etdirdiyi iddia olunan videogörüntülər yayılıb. ASTRA nəşri zərbələrin Ukraynanın uzaqmənzilli “Flaminqo” qanadlı raketləri ilə endirildiyini yazsa da, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Ukrayna raketlərinin şəhərə hücum etdiyini təsdiqləyib. Onun sözlərinə görə, Krasnooktyabr rayonunda yerləşən sənaye müəssisələrindən birinin istehsal sahələrinə ziyan dəyib.İlkin məlumata əsasən, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Qeyd edək ki, zərbə endirildiyi iddia olunan “Titan-Barikadı” zavodu da məhz Volqoqradın Krasnooktyabr rayonunda yerləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda əsgərlik müddəti azaldılacaq? – Generaldan rəsmi açıqlama

Next Article

Səfərbərlik Xidmətində üç ildə 500-dən çox əməkdaş cəzalandırılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyan yenidən Baş nazir təyin olundu

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:36 1068 baxış Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın yenidən Baş nazir təyinatı haqqında fərman imzalayıb Elpress.az xəbər verir ki, Ermənistanda keçirilən parlament seçkilərindən sonra formalaşan yeni siyasi mərhələdə […]

Rusiya daha iki yaşayış məntəqəsinə nəzarət etdiyini açıqlayıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:59 1050 baxış Rusiya Müdafiə Nazirliyi Pisarevka və Nejenkanın nəzarətə götürüldüyünü bildirib Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sum və Zaporojye vilayətlərində yerləşən daha iki yaşayış məntəqəsinə […]