--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil mərhələsi üzrə imtahanına start verilib.

Aysel Əlibəyli 23 May 2026 · 18:40 1189 baxış

Mayın 23-də VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanına başlanılıb.

Elpress.az-ın yaydığı məlumata görə, bununla bağlı müsabiqə tərəfindən açıqlama verilib.Qeyd olunub ki, imtahan 2 gün ərzində 4 sessiya şəklində təşkil ediləcək. Analitik təhlil mərhələsi Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, 56, 158, 238 və 263 nömrəli tam orta məktəblərdə, Sumqayıt şəhərindəki 1 nömrəli tam orta məktəbdə, Nərimanov rayonu Məktəb-Lisey Kompleksində, Azərbaycan İdman Akademiyasında, Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasında, həmçinin Naxçıvan şəhərində yerləşən 4 nömrəli məktəbdə yaradılan imtahan mərkəzlərində keçiriləcək.Namizədlər öncədən seçdikləri 10:00 və 15:30 saatlarına uyğun sessiyalarda iştirak edirlər. Xaricdə olan iştirakçılar üçün isə proktorinq üsulu ilə distant formatda 4 sessiyadan ibarət imtahan təşkil olunub.Məlumata əsasən, əyani mərhələnin ilk turu hesab edilən Analitik təhlil imtahanında 7315 nəfər iştirak edəcək.İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla üç blokdan ibarətdir. İştirakçılara tapşırıqları yerinə yetirmək üçün ümumilikdə 3 saat vaxt verilib.Ədalətli rəqabətin qorunması məqsədilə nəticələrin hesablanması bir sıra beynəlxalq imtahanlarda tətbiq olunan T-şkala sistemi əsasında aparılacaq. Bu yanaşma TOEFL, GMAT və SAT kimi beynəlxalq qiymətləndirmə sistemlərində istifadə edilən müasir metodlardan hesab olunur.Analitik təhlil mərhələsinin nəticələrinin imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçıların şəxsi kabinetlərinə göndəriləcəyi bildirilib.Xatırladılıb ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 26 iyul 2019-cu il tarixində imzalanan Sərəncam əsasında təsis edilib. Qaliblər mentor dəstəyi ilə birillik fərdi inkişaf proqramı və 20 min manat məbləğində mükafat əldə edirlər.Həmçinin sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev 10 dekabr 2025-ci ildə müvafiq Sərəncam imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Samuxda quyuya düşmüş şəxs xilas olunub.

Next Article

Mark Rubio bildirib ki, ABŞ ilə İran arasında aparılan diplomatik prosesdə müəyyən irəliləyiş əldə edilib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azad edilmiş ərazilərdə 168 mina aşkarlanıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:59 1046 baxış Bir həftə ərzində 1706 hektardan çox ərazi mina və partlamamış sursatlardan təmizlənib Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı növbəti həftə […]

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:18 1110 baxış Azərbaycanda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu fəaliyyətini dayandırır. Bununla bağlı müvafiq qərarlar qəbul olunub. Elpress.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Avtomobil […]

Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 10:02 1082 baxış Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin siyasiləşdirilməsinə etiraz edib. Elpress.az xəbər verir ki, Forum bəyanatında xarici internet resurslarında Azərbaycanın […]

İtkin şəxslərlə bağlı 910 insan qalığı ekshumasiya edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:11 1060 baxış Qarabağ müharibələrində itkin düşənlərin axtarışı: 328 şəxsin kimliyi müəyyənləşdirilib Elpress.az xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində aparılan […]