--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:40 1092 baxış

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından diqqət çəkən fikirlər sosial şəbəkələrdə yayımlanan yeni videoçarxda yer alıb.

Elpress.az xəbər verir ki, Dövlət başçısının sosial media hesablarında paylaşılan görüntülərdə Azərbaycanın müharibə və postmüharibə dövründə atdığı addımlara toxunulub. Prezident qeyd edib ki, 2020-ci il müharibəsi və 2023-cü ilin sentyabrında baş verən hadisələr zamanı müxtəlif ssenarilər mümkün olsa da, strateji yanaşma və ölkənin əsas maraqları nəzərə alınaraq qərarlar qəbul edilib.

İlham Əliyev bildirib ki, Azərbaycanın məqsədi əbədi müharibə aparmaq olmayıb. Onun sözlərinə görə, hər iki mərhələdə uyğun məqamda dayanmaq və sülhə nail olmaq qərarı uzaqgörənlik və strateji düşüncə ilə bağlı olub.

Prezident bu kontekstdə siyasətdə emosional qərarlara yer olmadığını vurğulayaraq diqqətçəkən bir ifadə səsləndirib:

“Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.

Sözügedən videoçarx Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından seçilmiş məqamlar əsasında hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada yol çökdü: hərəkət və əlaqə kəsildi

Next Article

Dünya çempionatında iki cüdoçumuz 1/8 finalda

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Energetika sahəsində çalışan şəxslər təltif edildi

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 14:28 1062 baxış Prezident İlham Əliyev energetika sahəsinin inkişafında xidmətləri olan şəxslərin mükafatlandırılması ilə bağlı Sərəncam imzalayıb. Elpress.az xəbər verir ki, sənədə əsasən, sahənin inkişafında səmərəli fəaliyyətlərinə görə bir […]

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:48 1164 baxış Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Medianın İnkişafı Agentliyində (MEDİA) […]