Prezident İlham Əliyev energetika sahəsinin inkişafında xidmətləri olan şəxslərin mükafatlandırılması ilə bağlı Sərəncam imzalayıb.
Elpress.az xəbər verir ki, sənədə əsasən, sahənin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs dövlət təltiflərinə layiq görülüb.
Belə ki, Ziyəddin Misir oğlu Quliyev 2-ci dərəcəli “Əmək” ordeni, Mircəlal Miryunis oğlu Hüseynov, İlham Ata oğlu Mirzəliyev və Ramil Əli oğlu Yusifov isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.
Bundan əlavə, aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə mükafatlandırılıblar:
- Məhərrəm Hüseyn oğlu Abbasov
- Güllü Sadiman qızı Abbasova
- Zülfi Sətdar oğlu Ağayev
- Musa Qulam oğlu Axundov
- Zaur Hüseyn oğlu Axundov
- Fərid Səmid oğlu Daşdəmirli
- Avnurə Ramiz qızı Əvvəzova
- Ramiz Qərib oğlu Gəncəliyev
- Barat Fəzi oğlu İbrahimov
- Ruslan Şahmar oğlu İbrahimov
- Qabil İsax oğlu İmanov
- Vahid Fərhad oğlu İsgəndərov
- Sərdar Əsgər oğlu İsmayılov
- Yusif Qədir oğlu Qarayev
- Şahin Nəhrü oğlu Qədimli
- Vüsal Seyidtağı oğlu Qənbərov
- Arif Paşa oğlu Ləzimzadə
- Səlami Açəli oğlu Mütəlov
- Murad Sabir oğlu Orucov
- Nahid Cavad ağa oğlu Sultanov
- Zaur Məhəmmədəli oğlu Şirəliyev
- Elçin Müysüb oğlu Yusifov


