--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İlham Əliyev: “Azərbaycan xalqı təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır”

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 18:36 1092 baxış

Prezident İlham Əliyev Azərbaycanın hazırda sabitlik və təhlükəsizlik baxımından əlverişli şəraitdə olduğunu bildirib.

Elpress.az xəbər verir ki, dövlət başçısı bunu Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, müasir dünyada sülh və sabitlik şəraitində yaşamaq böyük sərvət hesab oluna bilər. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan reallıqları fərqlənir və ölkədə daxili risklərin mövcud olmadığını söyləmək mümkündür.

İlham Əliyev vurğulayıb ki, təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılmalıdır. O bildirib ki, mövcud risklərin əsas hissəsi ölkə sərhədlərindən kənarda formalaşır.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür və ölkənin güclənməsi ona qarşı təzyiqlərin artmasına səbəb ola bilər. O qeyd edib ki, Azərbaycan özünə qarşı yönələn hər bir təzyiqə adekvat cavab verir.

Prezident həmçinin ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bildirib ki, xüsusilə internet, kiberməkan və süni intellektin geniş yayıldığı indiki dövrdə ideoloji təxribatlardan qorunmaq mühüm məsələdir.

İlham Əliyev bunun əsas yollarından biri kimi təhsilin rolunu qeyd edib. Onun sözlərinə görə, xalqın bilik və savad səviyyəsi yüksəldikcə müxtəlif yalan və təxribat xarakterli məlumatların təsirinə düşmə ehtimalı da azalır.

Dövlət başçısı vətənpərvərliyin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin xalqın milli qürur mənbəyi olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Misir Mərdanov “Şərəf” ordeninə layiq görüldü

Next Article

Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın ən gənc general-leytenantı bəlli oldu

Aysel Əlibəyli 20 Avqust 2026 · 10:20 1090 baxış Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərova “general-leytenant” ali hərbi rütbəsi təqdim olunub. Elpress.az xəbər verir ki, 39 yaşlı Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı […]

“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 22:44 1108 baxış Bakıda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi Çexiya klubunu iki cavabsız qolla məğlub edib. Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Sabah” “Slaviya” ilə […]