--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Əraqçi: Regionda xarici qüvvələrin mövcudluğu sıfıra endirilməlidir

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 15:33 1016 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının təhlükəsizlik məsələlərində regional əməkdaşlıqdan asılı olduğunu bildirib.

Elpress.az xəbər verir ki, nazir xarici qüvvələrin bölgədəki mövcudluğunun tamamilə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Əraqçinin sözlərinə görə, region ölkələri təhlükəsizliyi öz imkanları və qarşılıqlı razılaşmaları əsasında təmin etməyə çalışmalıdır. O, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsini və ortaq təhlükəsizlik mexanizmlərinin yaradılmasını dəstəkləyib.

Qeyd edək ki, Əraqçi oktyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Tehranda keçirdiyi birgə mətbuat konfransında da xarici hərbi qüvvələrin regionda mövcudluğuna qarşı çıxmış, təhlükəsizlik məsələlərinin bölgə ölkələrinin iştirakı ilə həllini müdafiə etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev millinin futbolçularını qələbəyə görə təbrik edib

Next Article

Bakıda qətldə şübhəli bilinən Elmar Cəfərov dünya çempionu olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-də neft ehtiyatları cüzi artıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:32 1076 baxış ABŞ-nin kommersiya xam neft ehtiyatları 428,9 milyon barelə yüksəlib Elpress.az xəbər verir ki, ABŞ-də kommersiya xam neft ehtiyatlarında ötən hesabat həftəsi üzrə cüzi artım qeydə alınıb.ABŞ […]

“Artıq təmizliyi vərdiş halına gətirəcəyik”

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:56 1070 baxış Hindistanda yeni dövr: Narendra Modi təmizlik və sanitariya standartlarının daimi həyat tərzinə çevriləcəyini bəyan etdi Elpress.az xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi ölkə miqyasında […]