--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakının bu 14 yolunda sıxlıq var – sürücülərin diqqətinə!

Aysel Əlibəyli 26 Oktyabr 2026 · 08:44 1082 baxış

Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq və yollarda diqqətli olmaq tövsiyə edilir.

Elpress.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata əsasən, hazırda Bakının 14 istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.

Sıxlıq qeydə alınan yolların siyahısı belədir:

  1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
  2. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
  3. Heydər Əliyev prospekti – köməkçi yolda, şəhər mərkəzi istiqamətində;
  4. Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
  5. Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
  6. Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
  7. 28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;
  8. 1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
  9. Sabunçu-Zabrat şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;
  10. Mikayıl Əliyev küçəsi – Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində, dairəyədək;
  11. Qara Qarayev prospekti – “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
  12. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;
  13. Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
  14. Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində.

Sürücülərə yola çıxmazdan əvvəl hərəkət vəziyyətini nəzərə almaq, yol nişanlarına əməl etmək və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmaq tövsiyə olunur.

Qeyd edək ki, nəqliyyat sıxlığının səviyyəsi gün ərzində dəyişə bilər. Buna görə də sürücülərin yola çıxmazdan əvvəl aktual yol məlumatlarını yoxlaması məqsədəuyğundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bitcoin 80 min dollardan aşağı düşdü – kriptovalyuta bazarında eniş davam edir

Next Article

Neft bazarında geriləmə: “Brent” və WTI ucuzlaşdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezidentə təbrik mesajları göndərilir

Aysel Əlibəyli 26 May 2026 · 17:12 1203 baxış Malayziya Kralı Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Elpress.az-ın Qafqazinfo-a istinadən verdiyi məlumata görə, məktubda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə və […]

Bahar Muradova dövlət qurumlarına çağırış edib

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 17:28 1074 baxış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tələbə qızların peşəkar inkişafına dəstək verilməsi üçün dövlət qurumlarını və özəl sektoru əməkdaşlığı genişləndirməyə çağırıb. […]