--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Laos AQEM-ə üzv qəbul edildi, Azərbaycanın sədrliyi daha iki il uzadılır

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 21:17 1010 baxış

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Toplantıda Laosun təşkilata üzvlüyü təsdiqlənib, Azərbaycanın sədrliyinin daha iki il davam etdirilməsi təşəbbüsü dəstəklənib.

Elpress.az xəbər verir ki, oktyabrın 15-də keçirilən tədbirdə Prezident İlham Əliyev dövlət və hökumət başçılarını qarşılayıb və zirvə görüşünü açıq elan edib.

Dövlət başçısı çıxışında beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən mexanizmlərin vacibliyinə diqqət çəkib. O, Ermənistanla Azərbaycan arasında yaranmış sülhün hələ kövrək olduğunu bildirərək onun qorunması və möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına diqqət yetirildiyini qeyd edib. Onun sözlərinə görə, üzv dövlətlərin dəstəyi ilə təşkilatın institusional imkanları gücləndirilib.

Toplantıda Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv kimi qəbul edilməsi də rəsmiləşib. Prezident İlham Əliyev bu addımı təşkilatın Asiyada daha geniş və inklüziv dialoq platformasına çevrilməsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Zirvə görüşündə iştirak edən bir sıra ölkələrin liderləri Azərbaycanın sədrliyini və tədbirin təşkilini yüksək qiymətləndiriblər. Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilədək uzadılması təşəbbüsü də toplantıda dəstək alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bredli Barkola Çempionlar Liqasının həftənin ən yaxşı futbolçusu seçilib

Next Article

Somon Air təyyarəsi Bakıdan İrəvana uçacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 14:55 1060 baxış Cinayət və Cinayət-Prosessual məcəllələrə terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı dəyişikliklər təklif olunur Elpress.az xəbər verir ki, Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və bu sahədə hüquqi mübarizə […]

Aytən Məmmədovadan qanun layihəsi ilə bağlı açıqlama

Aysel Əlibəyli 10 İyun 2026 · 16:46 1126 baxış İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər müasir dövrün tələblərinə uyğun hazırlanıb. […]