--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İlham Əliyev millinin futbolçularını qələbəyə görə təbrik edib

Aysel Əlibəyli 25 Oktyabr 2026 · 14:26 1018 baxış

Azərbaycan Prezidenti İlham Əliyev FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış oyununda Timor-Leste üzərində 6:0 hesablı qələbə qazanan milli komandanın futbolçuları ilə görüşüb.

Elpress.az xəbər verir ki, görüşdə birinci xanım Mehriban Əliyeva və dövlət başçısının ailə üzvləri də iştirak ediblər.

İlham Əliyev gənc futbolçuların nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirərək vurulan qolların hər birinin gözəl olduğunu bildirib. O, komandanın peşəkarlıq tələb edən kombinasiyalar qurduğunu vurğulayıb.

Prezident qeyd edib ki, ilk dəfə təşkil olunan bu miqyaslı turnirə Azərbaycanın ev sahibliyi etməsi ölkə futbolu üçün əlamətdar hadisədir. O, millinin açılış matçındakı inamlı qələbəsinin tarixdə qalacağını deyərək futbolçulara gələcək oyunlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-dək Bakıda davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sabah” bu gün “Qarabağ”la qarşılaşacaq

Next Article

Əraqçi: Regionda xarici qüvvələrin mövcudluğu sıfıra endirilməlidir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DÇ-2026: İngiltərənin qələbəsi iğtişaşlara səbəb oldu

Aysel Əlibəyli 14 İyul 2026 · 00:48 1131 baxış İngiltərə millisinin 2026-cı il dünya çempionatının 1/4 finalında Norveçi əlavə vaxtda 2:1 hesabı ilə məğlub etməsindən sonra Böyük Britaniyada kütləvi iğtişaşlar baş verib. Elpress.az xəbər verir […]

“Medalımı atama həsr etdim”“

Aysel Əlibəyli 24 May 2026 · 20:48 1145 baxış “Qızıl medal qazanmaq ən böyük arzum idi. Bu uğurumu şəhid atama həsr edirəm”, – deyə şəhid qızı bildirib. Xəbər verdiyimiz kimi, Azərbaycanın karateçisi Mədinə Sadıqova Almaniyanın […]

UEFA Superkuboku 2028-ci ildə Astanada keçiriləcək

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:15 1080 baxış UEFA əsas klub turnirlərinin 2028 və 2029-cu illərdəki finallarının keçiriləcəyi stadionları açıqlayıb Elpress.az xəbər verir ki, UEFA 2028 və 2029-cu illərdə əsas klub turnirlərinin finallarına, həmçinin […]

“Sabah” – “Hapoel” matçının hakimləri açıqlanıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:54 1070 baxış Çempionlar Liqasının pley-off mərhələsinin Bakıdakı cavab görüşünü rumıniyalı hakimlər idarə edəcək Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları […]