--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Prezident: Cənubi Qafqazda vəziyyət köklü şəkildə dəyişib

Aysel Əlibəyli 13 İyul 2026 · 11:57 1088 baxış

Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb.

Elpress.az xəbər verir ki , Prezident İlham Əliyev bu fikirləri IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirib.Dövlət başçısının sözlərinə görə, regionda baş verən əsas dəyişikliklərin təməlində İkinci Qarabağ müharibəsi dayanır. O qeyd edib ki, müharibədən sonra Cənubi Qafqazda mövcud vəziyyət kəskin şəkildə dəyişib və yeni siyasi reallıqlar yaranıb.Prezident vurğulayıb ki, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi, Ermənistanın xarici siyasətdə atdığı addımlar və regionda baş verən digər proseslər mövcud vəziyyətə yenidən baxılmasını zəruri edir.İlham Əliyev əlavə edib ki, formalaşan yeni şərait həm analitiklər, həm də dövlətlər səviyyəsində Cənubi Qafqazdakı proseslərin yenidən qiymətləndirilməsini tələb edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Anaklia limanına maraq göstərir

Next Article

DİN-dən bank kartları ilə bağlı vacib xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:52 1088 baxış Azərbaycanın Baş prokuroru Türküstanda keçirilən beynəlxalq toplantıda çıxış edib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Türküstan […]

Şanlıurfada Azərbaycan Bulvarı açıldı

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:03 1074 baxış Türkiyənin Şanlıurfa şəhərində 2,5 kilometr uzunluğunda “Azərbaycan Bulvarı” istifadəyə verilib. Yeni yol layihəsi şəhərdə nəqliyyatın hərəkətinin rahatlaşdırılmasına xidmət edəcək. Elpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti […]

Bakıda yeni Braziliya səfiri işə başladı

Aysel Əlibəyli 04 İyun 2026 · 18:41 1198 baxış 4 iyun tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəyə yeni təyin olunmuş Braziliya səfiri Bernard Klinqli ilə görüş keçirib. Görüş zamanı diplomat öz missiyasına başlaması […]