--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların statusu müəyyənləşir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 14:52 1082 baxış

Tibb xidmətində hərbi qulluqçuların xidmət keçəcəyi qurumlar və hüquqi əsaslar müəyyən ediləcək

Elpress.az xəbər verir ki, Ədliyyə orqanlarının tibb xidmətində fəaliyyət göstərəcək hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi təklif olunur.Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.Təklifə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə penitensiar xidmət üçün nəzərdə tutulan xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək. Bununla tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.Dəyişikliklərə əsasən, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, eləcə də mühafizə və müşayiət üzrə xüsusi bölmələrin tibb-sanitar hissələrində xidmət keçəcəklər.Onların xidmət keçmə qaydaları hərbi vəzifə və xidmət, hərbi qulluqçuların statusu, hərbi xidmətkeçmə və intizamla bağlı qanunvericilik və digər normativ hüquqi aktlarla müəyyənləşdiriləcək.Bununla yanaşı, məhkəmə ekspertizası idarəsində qulluq edən xüsusi rütbəli ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin olunmasının da qanunvericilikdə təsbit edilməsi təklif olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DAK-ın görünməyən qəhrəmanları: Azərbaycan naminə görülən böyük işlər

Next Article

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-yə səfər planı açıqlandı

Aysel Əlibəyli 18 İyun 2026 · 00:59 1164 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Livan rəhbərliyinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. “Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəhbəri Livan prezidenti və […]

İlham Əliyev Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

Aysel Əlibəyli 19 İyun 2026 · 18:58 1164 baxış Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib. Elpress.az xəbər verir ki, təltif Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərinin və […]