--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Ceyhun Bayramov: TRIPP Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:49 1068 baxış

XİN rəhbəri ABŞ-ın Azərbaycanı layihə üzrə mütəmadi məlumatlandırdığını bildirib

Elpress.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov TRIPP layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakının vacib olduğunu bildirib.Nazirin sözlərinə görə, layihə üzrə müxtəlif tərəflər iştirak etsə də, əsas danışıqlar Ermənistan və ABŞ arasında aparılır. O qeyd edib ki, ABŞ-dakı tərəfdaşlar Azərbaycanı proseslə bağlı mütəmadi məlumatlandırırlar.Ceyhun Bayramov bildirib ki, Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin reallaşdırılması mümkün deyil. Hazırda layihə üzrə işlərin davam etdirildiyi, fiziki işlərə isə 2027-ci ildə başlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.XİN rəhbəri layihənin mümkün qədər tez həyata keçirilməsinin bütün region üçün faydalı olacağını vurğulayıb. Onun sözlərinə görə, TRIPP yalnız Azərbaycan üçün deyil, Ermənistan və digər regional dövlətlər üçün də iqtisadi və nəqliyyat baxımından əhəmiyyət daşıyır.Bayramov əlavə edib ki, Azərbaycan layihə çərçivəsində üzərinə düşən işləri davam etdirir. Bu işlərə Ermənistan sərhədi istiqamətində dəmir yolu və avtomobil yollarının inşası ilə bağlı tədbirlər də daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

BMT rəsmisi Azərbaycana təşəkkür edib

Next Article

Ceyhun Bayramov: Azərbaycanın Ermənistanın konstitusiya prosesi ilə bağlı mövqeyi dəyişməzdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Leyla Əliyeva Əminə Ərdoğanla görüşüb – Fotolar

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 08:44 1054 baxış Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın baş nazirinin müavini Dilrabo Mansuri ilə bir araya gəlib. Elpress.az […]

Azərbaycan-Türk dünyası əlaqələri yeni mərhələdə

Aysel Əlibəyli 30 İyul 2026 · 17:04 1084 baxış Azərbaycanın Türk dövlətləri ilə münasibətləri müttəfiqlik səviyyəsində inkişaf edir Elpress.az xəbər verir ki, Azərbaycanın Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə yeni inkişaf […]

“Rusiya ilə münasibətləri pozmaq niyyətində deyilik”

Aysel Əlibəyli 14 May 2026 · 15:59 1137 baxış Erənistanın Rusiya ilə qarşıdurmaya getmək niyyəti yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Ermənistan kiçik dövlət olduğu üçün Rusiya ilə mübahisəyə girmək […]