Azərbaycanın iqlim mübarizəsindəki töhfələri yüksək qiymətləndirilib
Elpress.az xəbər verir ki, BMT rəsmisi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəyə bu istiqamətdə həyata keçirdiyi fəaliyyətə görə təşəkkür edib.UNFCCC-nin Proqram Koordinasiyası üzrə Baş Direktoru Danicle Violetti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin açılışında bildirib ki, Azərbaycanın beynəlxalq iqlim prosesinə töhfələri vaxtında və əhəmiyyətlidir.Onun sözlərinə görə, Azərbaycanın COP29-a sədrliyi dövründə iqlim maliyyələşdirilməsi üzrə yeni Kollektiv Maliyyələşdirmə Məqsədinin qəbul edilməsi və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarlarına dair qaydaların tamamlanması mühüm nəticələr olub.Danicle Violetti qeyd edib ki, əldə olunan razılaşmalar ölkələrə iqlim hədəflərinə daha səmərəli çatmağa, inkişaf etməkdə olan dövlətlər üçün isə əlavə maliyyə imkanlarının yaranmasına şərait yaradır.BMT rəsmisi bundan sonrakı mərhələdə əsas diqqətin qəbul edilmiş təşəbbüslərin praktik icrasının sürətləndirilməsinə yönəldilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, iqlim məqsədlərinə nail olmaq yalnız hökumətlərin səyləri ilə mümkün deyil və biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti də bu prosesdə mühüm tərəfdaşlardır.


