--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ceyhun Bayramov: Azərbaycanın Ermənistanın konstitusiya prosesi ilə bağlı mövqeyi dəyişməzdir

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:51 1066 baxış

XİN rəhbəri sülh prosesinin tamamlanması üçün Ermənistanda yeni Konstitusiyanın qəbulunu gözlədiklərini bildirib

Elpress.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində Ermənistanda aparılan konstitusiya dəyişiklikləri ilə bağlı prosesin Bakı tərəfindən izlənildiyini bildirib.Nazirin sözlərinə görə, iki ölkə arasında sülh və normallaşma istiqamətində mühüm addımlar atılıb. Dövlət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüşlər də bu prosesin göstəricilərindən biridir.Ceyhun Bayramov qeyd edib ki, Vaşinqtonda qəbul edilən Birgə Bəyannamədə sülh prosesinin yekunlaşdırılması üçün Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyi əksini tapıb. O vurğulayıb ki, bu məsələnin vaxtı və həyata keçirilməsi Ermənistanın daxili proseslərinə aiddir.XİN rəhbəri bildirib ki, Ermənistanın baş naziri seçkilərdən sonra ilin sonuna qədər yeni Konstitusiya mətninin ictimaiyyətə təqdim ediləcəyi ilə bağlı açıqlama verib.Azərbaycanın prosesi diqqətlə izlədiyini deyən Bayramov rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. O əlavə edib ki, sülh prosesinin tam başa çatdırılması və sülh sazişinin imzalanması üçün Azərbaycanın Ermənistan daxilindəki bu prosesin nəticəsini gözləməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov: TRIPP Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz

Next Article

Azərbaycan BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı-Ankara münasibətlərinə kölgə salmaq cəhdləri nəticəsiz qalır

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 19:33 1084 baxış Azərbaycan-Türkiyə münasibətləri illər ərzində formalaşmış möhkəm siyasi, strateji və mənəvi bağlar üzərində inkişaf edir. İki ölkənin “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan əlaqələri müxtəlif sahələrdə […]

Kamran Əliyev İƏT Baş prokurorlarının iclasında iştirak edib

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:52 1098 baxış Azərbaycanın Baş prokuroru Türküstanda keçirilən beynəlxalq toplantıda çıxış edib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Türküstan […]

İlham Əliyev Hindistanın xarici işlər naziri ilə görüşüb

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 11:28 1120 baxış Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi-ticari və texnoloji əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı səfərlərin artırılması müzakirə olunub. Elpress.az xəbər verir ki, oktyabrın 23-də Prezident İlham Əliyev […]