--:--:-- | 14 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan-Türk dünyası əlaqələri yeni mərhələdə

Aysel Əlibəyli 30 İyul 2026 · 17:04 1054 baxış

Azərbaycanın Türk dövlətləri ilə münasibətləri müttəfiqlik səviyyəsində inkişaf edir

Elpress.az xəbər verir ki, Azərbaycanın Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub.Milli Məclisin deputatı Nigar Məmmədovanın sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və uzunmüddətli strateji maraqlar əsasında inkişaf edir. Bu proses həm regiondakı inteqrasiyanın güclənməsinə, həm də Avrasiyanın iqtisadi və siyasi əlaqələrinin genişlənməsinə təsir göstərir.Deputat Azərbaycan-Qırğızıstan münasibətlərinin bu əməkdaşlığın mühüm nümunələrindən biri olduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə də əlaqələr genişlənir. Yüksəksəviyyəli qarşılıqlı səfərlər, Dövlətlərarası Şuranın fəaliyyəti və imzalanan sənədlər Bakı-Bişkek münasibətlərinin inkişafını sürətləndirən əsas amillər sırasında göstərilir.N.Məmmədova qeyd edib ki, Azərbaycan Türk dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltməyə yönəlmiş siyasət həyata keçirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi və Orta Dəhlizin inkişafı da bu prosesin əsas istiqamətlərindəndir.İqtisadi sahədə qarşılıqlı investisiyaların və biznes əlaqələrinin artdığı, Azərbaycan-Qırğız İnkişaf Fondunun yeni layihələrin maliyyələşdirilməsində rol oynadığı bildirilib.Nəqliyyat-logistika sahəsində də iki ölkə arasında əməkdaşlığın regional əhəmiyyət daşıdığı vurğulanıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz üzrə layihələrin Azərbaycan və Qırğızıstanın Avrasiya nəqliyyat şəbəkəsindəki mövqelərini gücləndirdiyi qeyd olunub.Deputat həmçinin Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyə diqqət çəkib. Ağdamın Xıdırlı kəndində məktəb tikintisi ilə bağlı layihə və Bişkekdə həyata keçirilən sosial təşəbbüslərin iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdaşın inkişaf perspektivləri araşdırılıb

Next Article

AZAL Qarsa uçuşlara başlayıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 1107 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]

Rusiya: Ermənistanla dəmir yolu üzrə əməkdaşlıq davam edir

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:08 1038 baxış Moskva Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı öhdəliklərini yerinə yetirdiyini açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Ermənistanla Cənubi Qafqaz Dəmir Yolu sahəsində əməkdaşlığı əvvəlki qaydada davam […]

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:24 1036 baxış Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev ölkəmizdə səfərdə […]