--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:18 1076 baxış

Kamran Əliyev Şamaxı, Qobustan, Ağsu və İsmayıllı sakinlərinin müraciətlərini dinləyib

Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlarla görüş keçirib.Qəbuldan əvvəl Kamran Əliyev Şamaxı şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edib və Ulu Öndərin xatirəsini yad edib.Qəbul zamanı 33 vətəndaşın müraciəti dinlənilib. Müraciətlərdə ayrı-ayrı cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı mümkün qanun pozuntuları, məhkəmələrdə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı məsələlər qaldırılıb.Bununla yanaşı, vətəndaşlar mülki xarakterli mübahisələr və sosial problemlərlə bağlı müraciətlər də ediblər.Qaldırılan məsələlərin prokurorluq orqanlarında və ya aidiyyəti dövlət qurumlarında araşdırılması və operativ həlli üçün müvafiq göstərişlər verilib

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Haşim Taçi 25 il həbs cəzasına məhkum edilib

Next Article

Türk dövlətləri arasında TÜRKPOL yaradılması təklif edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Səidə Mirziyoyeva: Azərbaycanla Özbəkistanı xüsusi dostluq bağlayır

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:59 1108 baxış Azərbaycan və Özbəkistan arasında xüsusi dostluq münasibətləri mövcuddur. Elpress.az xəbər verir ki, bunu Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfərini […]