--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Türk dövlətləri arasında TÜRKPOL yaradılması təklif edildi

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:23 1090 baxış

Elpress.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığın yeni mərhələyə keçirilməsi təklif olunub.

Təklif Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi tərəfindən Qazaxıstanın paytaxtı Astanada keçirilən TDT Daxili İşlər Nazirlərinin 3-cü toplantısından sonra səsləndirilib.Nazirin sözlərinə görə, Türk dövlətləri arasında sərhədlərarası cinayətkarlıq, terror, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, yeni nəsil cinayət təşkilatları, qanunsuz mərc və qumarla mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.Çiftçi bildirib ki, TDT çərçivəsində yaradılması təklif edilən Cinayətkarlıqla Mübarizə Şurasının daha geniş mexanizmə çevrilməsi nəzərdə tutulur.O, Türk dövlətləri arasında İnterpol və Avropol kimi fəaliyyət göstərə biləcək **“TÜRKPOL – Türk Dövlətləri Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyi”**nin yaradılmasını təklif etdiyini açıqlayıb.Məlumata görə, təklif Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri tərəfindən müsbət qarşılanıb. Yeni qurumun yaradılması ilə sərhədlərarası cinayətlərlə mübarizədə məlumat və təcrübə mübadiləsinin, eləcə də hüquq-mühafizə orqanları arasında koordinasiyanın gücləndirilməsi hədəflənir.

Hazırda TÜRKPOL-un yaradılması təklif mərhələsindədir və bununla bağlı müvafiq mexanizmlərin formalaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Next Article

Qarayazı qoruğunun sanitariya-mühafizə zonası təsdiqlənib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qalibaf İraqa səfər edəcək

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:05 1094 baxış İran parlamentinin sədri Bağdadda regional prosesləri və iki ölkə arasındakı əməkdaşlığı müzakirə edəcək Elpress.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf İraqa rəsmi səfər […]

COP31 üçün Antalyada 1,5 milyon kvadratmetrlik ərazi hazırlanıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:03 1078 baxış COP31 məkanında “Mavi Zona” və “Yaşıl Zona” eyni ərazidə yerləşəcək Elpress.az xəbər verir ki, COP31-in keçiriləcəyi Türkiyənin Antalya şəhərində tədbir üçün genişmiqyaslı hazırlıq işləri aparılıb. Konfransın […]

Ukrayna Belqoroda zərbə endirib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1102 baxış Ukraynanın Belqorod vilayətinə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb, 46 nəfər yaralanıb. Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə həyata keçirdiyi zərbələr nəticəsində […]