--:--:-- | 12 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Səidə Mirziyoyeva: Azərbaycanla Özbəkistanı xüsusi dostluq bağlayır

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:59 1090 baxış

Azərbaycan və Özbəkistan arasında xüsusi dostluq münasibətləri mövcuddur.

Elpress.az xəbər verir ki, bunu Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfərini şərh edərkən sosial şəbəkə hesabında yazıb.Mirziyoyeva qeyd edib ki, iki ölkəni yalnız dövlətlərarası əlaqələr deyil, xalqlar arasında səmimi münasibətlər də birləşdirir. O, Azərbaycan və Özbəkistanın tarix, mədəniyyət və adət-ənənələrində çoxsaylı ortaq cəhətlərin olduğunu vurğulayıb.Onun sözlərinə görə, son dövrdə bu əlaqələrə infrastruktur, investisiya və digər sahələrdə birgə layihələr də əlavə olunur.Səidə Mirziyoyeva bildirib ki, İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli münasibətlərdə daha bir mühüm səhifə açıb. O, imzalanan Əbədi Dostluq haqqında Müqavilənin iki ölkə arasındakı münasibətləri dəqiq ifadə etdiyini qeyd edib.“Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən məmnunuq. Sizi hər zaman gözləyən ölkəyə xoş gəlmisiniz”, – deyə Mirziyoyeva əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Samuxda gənc qadını avtomobil vurdu

Next Article

Lukaşenko Mehriban Əliyevanı təbrik etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət edib

Aysel Əlibəyli 13 İyul 2026 · 11:42 1094 baxış ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə xüsusi qonaq qismində dəvət edib. Elpress.az xəbər verir ki, Bu barədə Qırğızıstanın ABŞ-dakı […]

Prezident: Azərbaycan Çindən hərbi məhsullar alıb

Aysel Əlibəyli 13 İyul 2026 · 11:19 1118 baxış Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndiyini və müdafiə sahəsində də yeni mərhələyə qədəm qoyduğunu bildirib. Elpress.az xəbər verir ki , […]

Azərbaycan türk dövlətləri ilə əlaqələri gücləndirir

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:22 1076 baxış Politoloq: Azərbaycan Mərkəzi Asiyada mühüm tərəfdaşlardan birinə çevrilib Elpress.az xəbər verir ki, Azərbaycanın türk dövlətləri, xüsusilə Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni mərhələ müşahidə olunur.Politoloq Zaur […]

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Aysel Əlibəyli 30 İyun 2026 · 16:17 1110 baxış Elpress.az xəbər verir ki, hər il iyunun 30-u dünyada Beynəlxalq Parlamentarizm Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci […]