--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Haşim Taçi 25 il həbs cəzasına məhkum edilib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:15 1088 baxış

Kosovonun sabiq prezidenti qətl, işgəncə və qanunsuz həbslərdə təqsirli bilinib

Elpress.az xəbər verir ki, Kosovo üzrə Haaqa Xüsusi Məhkəməsi ölkənin sabiq prezidenti Haşim Taçini müharibə cinayətləri və digər ağır cinayətlərdə təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib.Məhkəmənin qərarına əsasən, Taçi Kosovo Azadlıq Ordusuna rəhbərlik etdiyi dövrdə qətllər, işgəncələr və qanunsuz həbslərlə bağlı ittihamlar üzrə məsuliyyət daşıyıb.İş üzrə digər təqsirləndirilən şəxslərə də uzunmüddətli həbs cəzaları verilib. Kosovo parlamentinin sabiq spikeri Kadri Veseli 18 il, Yakup Krasniçi 25 il, sabiq deputat Rezep Semili isə 13 il müddətinə azadlıqdan məhrum edilib.Məhkəmənin materiallarında bildirilib ki, təqsirləndirilən şəxslər Kosovonun müstəqilliyinə qarşı mövqedə olan siyasi rəqiblər və mülki şəxslər də daxil olmaqla yüzlərlə insana qarşı cinayətlərin törədilməsində təqsirli biliniblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Putin seçkilərlə bağlı rusiyalılara müraciət edəcək

Next Article

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazı ilə bağlı razılaşma sabah elan ediləcək

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 19:52 1132 baxış İran Prezidenti: Maskatda Hörmüz boğazından keçidlə bağlı çərçivə razılaşması əldə olunacaq Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazından keçid və gəmiçiliklə bağlı çərçivə […]

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:22 1098 baxış Türkiyə hökuməti Qara dənizdə hücumların artması fonunda Boğazlardan kommersiya gəmilərinin keçidinə nəzarəti sərtləşdirib Elpress.az xəbər verir ki, Türkiyə Qara dənizdə Rusiya və Ukrayna ilə əlaqəli gəmilərə […]

Kadırov NATO ölkələrini hədələdi

Aysel Əlibəyli 18 İyul 2026 · 15:52 1184 baxış Kadırov NATO ölkələrinə qarşı sərt çağırış etdi Elpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah və kəşfiyyat dəstəyi göstərən NATO ölkələrinə qarşı sərt bəyanatla […]