--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və Müqəddəs Taxt-Tac arasında yeni birgə layihələr müzakirə olunub

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 22:39 1086 baxış

Elpress.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüş keçirib.

Görüş zamanı kardinal Azərbaycana son səfərini məmnunluqla xatırladığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini və səfər çərçivəsində keçirdiyi görüşləri xüsusi əhəmiyyətli hadisə kimi qeyd edib.Kardinal dünyada müharibə, zorakılıq və nifrətin artdığı bir vaxtda Azərbaycanda müxtəlif dinlər arasında mövcud olan həmrəyliyin və qarşılıqlı hörmət mühitinin beynəlxalq ictimaiyyət üçün mühüm nümunə olduğunu vurğulayıb.Leyla Əliyeva isə qlobal miqyasda mürəkkəb proseslərin davam etdiyi bir dövrdə ölkələr və xalqlar arasında həmrəyliyin gücləndirilməsinin vacibliyinə diqqət çəkib. O, mədəniyyət, din və ümumbəşəri dəyərlər ətrafında dialoqun genişləndirilməsinin əhəmiyyətini qeyd edib.Tərəflər həmçinin Heydər Əliyev Fondunun Vatikan ərazisində həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparıblar.Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə proqramlar və əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

TƏBİB və ABŞ şirkəti arasında süni intellekt üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Next Article

193 keçmiş məcburi köçkün Cəbrayıl, Xocalı və Xocavəndə yola salınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MN-in hərbi qulluqçuları təltif olundu

Aysel Əlibəyli 25 İyun 2026 · 16:30 1206 baxış Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmətlərə görə yüksək qiymətləndirilib və təltif edilib Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmət […]

Qvineyada “ASAN xidmət” əməkdaşlığı genişlənir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:24 1126 baxış Qvineyada “ASAN xidmət” modelinin tətbiqi istiqamətində yeni addımlar atılıb Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti […]

“Ad Günü Arzusu”

Aysel Əlibəyli 15 İyun 2026 · 12:07 1168 baxış 80 Yaşlı Trampın Dünya Təqvimini Dəyişən “Ad Günü Arzusu” Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Ağ Evin tarixinə ən yaşlı rəhbər kimi adını yazdıran Donald Tramp […]