Elpress.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı növbəti mərhələdə də davam etdirilir.
Bu dəfə Bakı şəhərinin Qaradağ rayonundan 42 ailənin, ümumilikdə 193 nəfərin doğma yurdlarına yola salınması həyata keçirilib.
Onlardan 9 ailə, yəni 60 nəfər Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, 17 ailə, 78 nəfər Xocalı şəhərinə, 16 ailə, 55 nəfər isə Xocavənd şəhərinə köçürülür.
Qayıdan ailələr indiyədək ölkənin müxtəlif bölgələrində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sakinlər həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusunun əsgər və zabitlərinə təşəkkürlərini bildirərək şəhidlərin əziz xatirəsini yad ediblər.


