--:--:-- | 29 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

TƏBİB və ABŞ şirkəti arasında süni intellekt üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 16:55 1008 baxış

Elpress.az xəbər verir ki, TƏBİB-in nümayəndələri ilə ABŞ-nin “AldMD Technologies” şirkətinin təmsilçiləri arasında görüş keçirilib.

Görüş zamanı səhiyyə sahəsində süni intellekt texnologiyalarından və rəqəmsal həllərdən istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.Şirkət nümayəndələri həkimlə pasiyent arasında aparılan danışıqları strukturlaşdırılmış tibbi qeydlərə çevirən, həmçinin tibbi məlumatların təhlilinə imkan verən elektron səhiyyə platformasını təqdim ediblər.Tərəflər rəqəmsal texnologiyaların səhiyyə sisteminə inteqrasiyasının tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, iş proseslərinin daha səmərəli təşkili və pasiyent məmnuniyyətinin artırılmasına mümkün təsirlərini müzakirə ediblər.

Görüş çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri və innovativ tibbi həllərin tətbiqi imkanları da nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev İran Prezidentini ad günü münasibətilə təbrik edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın ən gənc general-leytenantı bəlli oldu

Aysel Əlibəyli 20 Avqust 2026 · 10:20 1062 baxış Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərova “general-leytenant” ali hərbi rütbəsi təqdim olunub. Elpress.az xəbər verir ki, 39 yaşlı Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı […]

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Aysel Əlibəyli 29 Avqust 2026 · 12:22 1048 baxış Bu gün Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan jurnalist Sirac Abışovun anadan olmasından 37 il ötür. Elpress.az xəbər verir ki, […]

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 11:37 1166 baxış Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası […]