--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan türk dövlətləri ilə əlaqələri gücləndirir

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:22 1078 baxış

Politoloq: Azərbaycan Mərkəzi Asiyada mühüm tərəfdaşlardan birinə çevrilib

Elpress.az xəbər verir ki, Azərbaycanın türk dövlətləri, xüsusilə Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni mərhələ müşahidə olunur.Politoloq Zaur Məmmədov AZƏRTAC-a açıqlamasında Azərbaycan-Qırğızıstan əlaqələrinin hazırda yüksək səviyyədə olduğunu və iki ölkə arasında müttəfiqlik münasibətlərinin formalaşdığını bildirib.Onun sözlərinə görə, Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi və liderlər arasında aparılan müzakirələr Bakı ilə Bişkek arasında siyasi əlaqələrin inkişaf etdiyini göstərir.Politoloq Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının da ölkənin regiondakı rolunun artmasının göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanın 2023-cü ildən platformada qonaq qismində iştirakı, 2025-ci ildən isə tamhüquqlu üzv kimi proseslərə qoşulması regional əməkdaşlıq baxımından əhəmiyyətlidir.Z.Məmmədovun fikrincə, Azərbaycanla türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiyanın dərinləşməsinə şərait yaradır. O, bu proseslərin regional sabitlik, təhlükəsizlik və qarşılıqlı iqtisadi əlaqələrin inkişafı baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mehriban Əliyeva Nəriman Həsənzadə ilə bağlı paylaşım etdi

Next Article

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Əsədov Şimali Kiprə başsağlığı verib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:11 1046 baxış Azərbaycanın Baş naziri gəmi qəzasında ölənlərlə bağlı Ünal Üstelə başsağlığı məktubu göndərib Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətində baş […]