--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Zakir Fərəcov səyyar görüş təşkil edib.

Aysel Əlibəyli 05 İyun 2026 · 15:33 1211 baxış

Zakir Fərəcov tərəfindən şəhər sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə təşkil olunan səyyar görüşlər davam etdirilir. Növbəti vətəndaş qəbulu Sumqayıtın 9-cu mikrorayonunda keçirilib və görüş bu ərazidə təşkil olunub.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Zakir Fərəcov-un rəhbərliyi ilə keçirilən səyyar qəbulda şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər geniş şəkildə müzakirə olunub.Sakinlər əsasən məşğulluq, sosial təminat, məhəllədaxili abadlıq, infrastrukturun yenilənməsi və digər sosial mövzularla bağlı problemlərini və təkliflərini səsləndiriblər.Şəhər rəhbəri tərəfindən müraciətlərin tez bir zamanda araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.Qeyd olunub ki, Sumqayıtda aparılan abadlıq və quruculuq işləri, sosial infrastrukturun yenilənməsi və şəhər təsərrüfatının müasirləşdirilməsi mərhələli şəkildə davam etdirilir və bu tədbirlər sakinlərin rifahının yüksəldilməsinə xidmət edir.Səyyar qəbulda iştirak edən vətəndaşlar isə müraciətlərə həssas yanaşmaya görə təşəkkürlərini bildirərək, bu cür görüşlərin problemlərin operativ həllində mühüm rol oynadığını vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avtoyuma məntəqəsində 4 minlik boyunbağı oğurlandı

Next Article

Dövlət qurumlarında 16 vakansiya üzrə müsahibə elan edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Üç rayona yeni icra başçısı təyin edildi

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 18:55 1082 baxış Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamları ilə Qaradağ, Naftalan və Gədəbəy üzrə yeni icra başçıları müəyyənləşdirilib. Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri […]